Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azay Quliyev Vyanaya gedir
Azay Quliyev Vyanaya gedir
20 Fevral 2017 / 17:57 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək. Trend xəbər verir ki, bu barədə A.Quliyevin “Tvitter” hesabından yaydığı məlumatda deyilir. 

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq.

Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək. Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə