Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur yaşayış kompleksi ətrafında böyük qalmaqal…
Məşhur yaşayış kompleksi ətrafında böyük qalmaqal…
20 Fevral 2017 / 18:21 / Baxış sayı: 1912
Font1 Font2 Font3 Font4

2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın, elektrik enerjisinin və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər.

Şikayət edilən MTK-lar arasında “İlin Dörd Fəsli” MTK-nın (İDF) da adı hallanır. Qeyd edək ki, MTK-nın tikdiyi “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri son günlər müxtəlif KİV-lərə, o cümlədən Sputnik Azərbaycan-a da müraciət ediblər.

Kompleksin sakinləri “İlin Dörd Fəsli”nin onları bezdirdiyini bildirirlər. Yaşayış kompleksində fəaliyyət göstərən “Abşeron 1” MMMC-nin (Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) üzvləri şikayət məktubunda qeyd edirlər ki, sakinlər soyuqdan donur, qaz yox, işıq pulu qədərindən artıq hesablanır, kommunal xidmətlərin qiyməti isə həddən artıq bahadır: “Biz, Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Baki” Yaşayış Kompleksinin sakinləri son ümidimizi sizə bağlayaraq bu məktubu yazırıq. Biz 2009-cu ildən bu yana müxtəlif vaxtlarda İDF MMC-dən mənzillər almışıq.

Mənzilin pulunu tam ödəyəndən sonra mənzilin açarlarını istədikdə İDF MMC təmsilçiləri bizə bildirdilər ki, işıq, su, qaz sayğacına görə 600 AZN pul ödəməsəniz, açar verilməyəcək. Biz fiziki şəxslərə sayğacların pulsuz verilməsi ilə bağlı Prezidentin məlum sərəncamını xatırlatdıqda cavab belə oldu: “O sərəncam bizə aid deyil”. Deməli, İDF MMC rəhbəri dövlət içində dövlət qurduğunu zənn edib qanunlara məhəl qoymur. Nəhayət, 600 AZN ödəyib, evlərimizi təmir edib bu şəhərciyə köçdük. Kaş ki, köçməyəydik.

Bu günə qədər “Azərişıq” ASC və “Azərsu” ASC bizi rəsmi abonent kimi tanımayıb, qanuni elektrik və su sayğaclarımız yoxdur, əvəzində mənzilimizə qüsurlu işləyən oyuncaq sayğaclar quraşdırılıb”. “Hara istəyirsiniz, şikayət edin” “Yeni Bakı” sakinləri iddia edirlər ki, müvafiq qanuna görə, Azərbaycan ərazisində elektrik enerjisini yalnız “Azərişıq” ASC sata bilər: “İDF MMC isə bu qanuna məhəl qoymayaraq, “Azərişıq”dan kompleks üçün aldığı elektrik enerjisini bizə satır”.

“Kompleksin əksər binalarına qaz verilməyib. Bizim xəbərimiz olmadan İDF MMC mənzilimizin hər kv.m-nə 40 qəpik olmaqla aylıq kommunal xidməti haqqı müəyyən edib. Mənzil məcəlləsinə görə, çoxmənzilli binalar istismara verildikdən sonrakı 6 ay ərzində binanın tikən MTK-nın səlahiyyətləri ləğv edilməli, binaların idarə edilməsini mənzil mülkiyyətçiləri tərəfindən yaradılmış MMMC həyata keçirməlidir. Binaların saxlanmasına lazım olan məbləğ sakinlərin ümumi razılığı əsasında müəyyənləşməlidir. İDF MMC rəhbərliyi isə Prezidentin təsdiq etdiyi məcəlləni belə, heçə sayır. Heç bir qanuni əsas olmadan binaların idarəetməsini həyata keçirir, sakinlərdən hər ay kv.m-dən asılı olaraq 20-46 manat kommunal xidmət haqqı pulu yığılır” — şikayət məktubunda bildirilir. “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Əmralı Əliyev deyir ki, İDF MMC-nin rəhbəri Elnur Hüseynovun bu şəhərciyə kommendant təyin etdiyi dayısı oğlu Ehtiram Yusifov kommunal borcu olmayan sakinlərin belə, işığını kəsir: “Səbəbini soruşduqda “səndən xoşum gəlmir” deyir.

“Prezidentə şikayət edəcəyəm deyəndə” isə cavabı belə olur: “Mən heç kimdən qorxmuram. Şikayət edəcəyiniz adamlar bizim arxamızda durublar”. Ehtiram Yusifov mühafizəçilərinə arxalanaraq hətta sakinləri döyə bilir. Bu problemlərdən çıxış yolu kimi binaların birində MMMC yaratdıq və düşündük ki, bu yolla rahat yaşayışımıza nail ola bilərik. Lakin İDF MMC-nin rəhbəri həmin binaya müdaxilələrini davam etdirir. MMMC-nin loqosu əks olunan lövhəni oğurlatdırır, qapıya domofon qoyulmaması üçün həyətdə mühafizəçiləri ilə sakinlər arasında ciddi qarşıdurmalar yaradır, lifti qəsdən qayandırır, MMMC sakinlərindən qanunsuz olaraq kommunal ödəniş tələb edir, ödəniş etməyənin işığını kəsdirir. Bütün bu özbaşınalıqların bizdə videogörüntüsü var və “Yeni Bakı sakinləri” Facebook səhifəmizdə bu videoları yerləşdirmişik”. “Orada yaşayanların heç bir mülkiyyət sənədi yoxdur” “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri bildirirlər ki, ötən ilin iyul ayında hüquqşünas kimi Mehman Muradlı ilə müqavilə bağlanılıb. Lakin bir müddət sonra hüquqşünasla münasibətlər pozulub: “İyul ayında Mehman Muradlı ilə müqavilə bağladıq. Onunla 1000 manat qarşılığında razılığa gəlmişdik.

Lakin Mehman Muradlı bizimlə çalışmadı, qarşı tərəfə keçib avqust ayında İDF-nin vəkili oldu. Hal-hazırda İDF-ni Mehman Muradlı müdafiə edir”.

“Yeni Bakı” Yaşayış Kompleksi İDF MMC-nin hüquqşünası Mehman Muradlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mənzil sahiblərinin mülkiyyət sənədləri olduğu halda qanunverciliyə uyğun olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüquqları var: “Orada yaşayanların heç bir mülkiyyət sənədi yoxdur. Faktiki mülkiyyətçi deyillər. Onlar kooperativə üzv olub, evə sahibləniblər. Mülki qanunvericiliyin tələbinə görə, ancaq çıxarışı olanlar mülkiyyət sahibi hesab edilir”. M. Muradlı bildirir ki, “Yeni Bakı” Yaşayış Kompleksində sayğaclar quraşdırılıb, qazın verilməsi isə hələ İDF-dən asılı olmayan səbəblərdən qalır: “Azəriqaz”dan gəlib, hər şeyin qaydasında olub-olmaması ilə bağlı sayğaclara baxılmalıdır. “Azəriqaz” rəy verəndən sonra qaz da veriləcək”. O ki qaldı sayğacların pul ilə quraşdırlmasına, M. Muradlı bildirir ki, bu barədə müqavilədə xüsusi maddə var: “Ya sayğacları ev sahibi alıb özü qoymalıdır, ya da sayğac şirkət tərəfindən qoyulmalıdır. Ev təhvil verilərkən sayğaclar quraşdırılıb verilməlidir. Bütün kommunal xidmətlər üzrə sayğac quraşdırılıb təhvil verilməlidir ki, təmir zamanı istifadə edilən su, qaz, elektrik enerjisi qeydə alınsın. İndi əvvəlki zaman deyil ki, pulsuz istifadə edilsin. Nazirlər Kabinetinin qərarı var. Orada qeyd edilir ki, fiziki şəxslər üçün sayğaclar pulsuz quraşdırılmalıdır. Onlar fiziki şəxs deyil, onlar MTK-nın üzvləridir. MTK-nın üzvülüyündən çıxmaq üçün ayrıca texniki şərt və çıxarış alınmalıdır”. Muradlı qeyd edir ki, yaşayış kompleksi üçün su, qaz və elektrik enerjisi üzrə texniki şərt alınıb.

Sayğacların qiymətinin göstərilməməsi məsələsinə gəldikdə, Muradlı bildirir ki, sayğaclar Azərbaycanda istehsal olunmadığı üçün qiymət fərqi yarana bilər. Bu baxımdan sayğacların qiyməti konkret olaraq göstərilmir. “Binalara verilən kommunal xidmətlərin qiyməti Tarif Şurasının elan etdiyi qiymətlə hesablanır. Biz heç bir şəkildə Tarif Şurasının qoyduğu qiymətdən artıq pul ala bilmərik. Kommunal xidmətlərin baha olması məsələsinə gəldikdə, 13 hektar ərazinin işıqlandırılması, tullantı suların xaric edilməsi, lift xidməti da həmin qiymətə daxildir. 40 qəpik bu qədər xidmət üçün azdır. Elektrik enerjisinin pulu vaxtında yığılımasa (bəzən vaxtında yığılmaya da bilir), işıq kəsilə bilər. Buna görə də, xidmət haqqı vaxtında yığılıb ödənilməlidir. Bu gün faktiki olaraq İDF-in “Azərsu”, “Azəriqaz”, “Azərişıq”a heç bir borcu yoxdur” — hüquqşünas bildirir. “Binada çökmə varsa…” “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifovun sözlərinə görə isə, “Abşeron 1” özü sakinlərdən kommunal haqqı yığır: “Nazirlər Kabinetinin 6 yanvar 2010-cu il 3 saylı qərarında (maraqlıdır ki, E. Yusifovun sitat gətirdiyi bu qərarın məsələyə aidiyyatı yoxdur — red.) qeyd edilir ki, elektrik enerjisinin haqqı 1 ay müddətinə ödənilmədikdə, elektrik enerjisi verilməsinə məhdudiyyət tətbiq edilə bilər. Bu, kabinetin (Nazirlər Kabinetini nəzərdə tutur — red.) qərardır, mənim fikrim deyil”.

Bakı sakinləri üzləşdikləri mənzərə qarşısında dəhşətə gəldilər E. Yusifov qeyd edir ki, Tarif Şurasının qiymətinə uyğun olaraq pul yığılır: “Yəni, ödəyə bilən aparıb banka ödəyir, yaşlılar üçün isə biz yığıb, ödəyirik”. O, qarşı tərəfin binaların keyfiyyətsizliyi ilə bağlı iddiasına də aydınlıq gətirib: “Bir var yükdaşıyan konstruksiya, bir də var köməkçi hissə. Çökmə əlavə köməkçi hissədə ola bilər. Məsələn, piyada keçidində. Binada çökmə varsa, bunu xüsusi rəylə müəyyən etmək olar”. “Biz abonent kimi MTK-nı tanıyırıq” “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, qanuna uyğun olaraq onların abonenti MTK-dır: “MTK binanı tam tikib başa çatdırdıqdan sonra təkcə “Azərişıq” deyil, digər idarələrə, eləcə də icra hakimiyyətinə məlumat verməli və “gəl, bizim abonentləri qəbul et” deməlidir.

MTK binanı tam təhvil verəndən sonra biz fərdi qaydada abonentlərlə müqavilə bağlayırıq və onlar bizim abonentimiz olur. Ancaq hazırda qanunla bizim abonentimiz MTK sayılır”. “Bizim üçün MTK daxilində görülən işlər maraqlı deyil. Biz bildirişimizi MTK-ya göndəririk. MTK-nın sakinlərlə davranışı onların daxili işidir və bizə aidiyatı ola bilməz. Sadə dillə desək, siz 3 otaqlı evinizin bir otağını kirayə vermisinizsə, biz kirayənişinin istifadə etdiyi enerji haqqı üçün bildirişi də sizə ünvanlayırıq. Çünki bizim abonentimiz sizsiniz və sayğacınız nə yazırsa siz ödəməlisiniz. Sizin kirayənişin ilə münasibətiniz bizim üçün maraqlı deyil” — T. Mustafayev bildirib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı da bildirir ki, əslində bina tam hazır olandan, bütün kommunikasiyalar çəkiləndən sonra MTK onlara müraciət etməlidir: “Hələ ki, MTK-dan bizə belə bir müraciət daxil olmadığı üçün biz fərdi qaydada abunəliyi qeydə ala bilmərik. Hazırda biz giriş sayğacına uyğun hesabat aparıb, bildirişi MTK-ya göndəririk. MTK da payladığı suyun pulunu yığıb bizə ödəyir. Bakıda kifayət qədər belə MTK-lar var. Mənim sentyabr ayına olan məlumatıma görə, böyük borcları yox idi”. Məsələni Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Fərid Həmidli bildirir ki, məsələ həddən artıq qarışıq olduğu üçün ancaq məhkəmə yolu ilə həll edilə bilər: “Yaşayış kompleksi MTK tərəfindən təhvil verilmədiyi üçün onlar hələ də müəyyən qurumların abonenti sayılır. Yəni, “Azəriqaz”, “Azərişıq”, “Azərsu”nun abonenti “İlin Dörd Fəsli”dir. Amma burada sakinlərin də pozulmuş hüquqları var ki, ayrı-ayrılıqda məhkəmə tərəfindən müəyyən edilərək, bərpa edilə bilər”.

arxiv.bizimxeber.azyeni baki yasayis



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə