Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lavrovdan ŞOK açıqlaması – ABŞ-ın xüsusi xidmət orqanları səfirimizi dinləyir
Lavrovdan ŞOK açıqlaması – ABŞ-ın xüsusi xidmət orqanları səfirimizi dinləyir
20 Fevral 2017 / 18:21 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın xüsusi xidmət orqanları daim Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakı dinləyir. arxiv.bizimxeber.az xəbər verir ki, bunu Lavrov bu gün Burkina Fasodan olan həmkarı Alfa Barri (Alpha Barry) ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bir neçə həftə əvvəl Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi, general Flinn ətrafında baş verən qalmaqalla əlaqədar olaraq Amerikanın xüsusi xidmətləri anonim, lakin tamamilə rəsmi şəkildə jurnalistlərə bildirdilər ki, onların quraşdırdığı rabitə xətləri vasitəsilə bizim səfir Kislyakı müntəzəm olaraq dinləyirlər. Səfirin Vaşinqtonda öz vəzifəsini icra edərkən Moskvaya gördüyü işlər barədə verdiyi hesabatlar da dinlənilib” – Lavrov keçirdiyi mətbuat konfransında bildirib.

Ötən həftə Maykl Flinn postunu tərk edərkən etiraf edib ki, Ağ Evə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla əlaqələri barədə natamam informasiya verib.

Buna qədər isə KİV xəbər verib ki, Trampın komandasının nümayəndələrinin və onun məsləhətçisinin təkzibinə baxmayaraq, Flinn 2016-cı ilin dekabrında Kislyakla Rusiya əleyhinə sanksiyaları müzakirə edib. Kreml bəyan edib ki, Flinn Kislyakla danışıqlar aparıb, lakin onların söhbətləri KİV-ə səhv ötürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə