Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın BMT nümayəndəsi öldü
Rusiyanın BMT nümayəndəsi öldü
20 Fevral 2017 / 23:36 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin dünyasını dəyişib.

arxiv.bizimxeber.az-ın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, o, 64 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.Qeyd olunur ki, V. Çurkinin fevralın 21-də 65 yaşı tamam olacaqmış.

V. Çurkin diplomatik xidmətinə 1974-cü ildə başlayıb. 1992-ci ildə xarici işlər nazirinin müavini işləyib.

O, 1994-1998-ci illərdə Rusiyanın Belçikada səfiri, NATO-nun daimi nümayəndəsi, daha sonra Kanadada səfir, 2006-cı ildən isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

***

Vitaliy Çurkin infarkt nəticəsində vəfat edib. Bu barədə “The New York Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, diplomat Rusiya vaxtı ilə təxminən saat 17:30-da səfirlikdə iş başında olarkən ölüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə