AzNews.az xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğan və Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun məzhəbçilik ittihamlarına İrandan sərt reaksiya gəlib. Belə ki, Türkiyə prezidenti ötən həftə Bəhreynə etdiyi rəsmi səfər zamanı “Suriyanı və İraqı bölmək istəyənlər var. Burda söhbət məhzəbçilikdən gedir, çünki orada Fars milliyyətçiləri fəaliyyət göstərir.”- deyə bəyan etmişdi. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da Münhendə çıxışı zamanı İranı məzhəbçilikdə günahladırıb.

İran dövlət televizyasının yaydığı məlumata görə, bundan sonra İranın Türkiyədəki səfiri Rza Hakan Tekin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt şəkildə xəbərdarlıq edilib.

Bundan başqa, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi bəyan edib ki, Türkiyə məsələsində rəsmi Tehran hələ ki, səbr nümayiş etdirir:

“Ancaq səbrimizin də bir sərhəddi var. Əgər rəsmi Ankaradan İrana qarşı istehzalı bəyanatlar davam etsə, biz də sakit dayanmayacıyıq.”

arxiv.bizimxeber.az