Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Paytaxtda qaz təchizatında niyə tez-tez fasilələr yaranır?
Paytaxtda qaz təchizatında niyə tez-tez fasilələr yaranır?
21 Fevral 2017 / 9:59 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4

“Azəriqaz” rəsmisi axşam saatlarında qazın təzyiqinin azalması məsələsinə aydınlıq gətirdi

Son günlər tez-tez Bakının mərkəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranır. Bir çox hallarda bu fasilələr gün boyu davam edir. Redaksiyamıza daxil olan şikayətlərdən biri də axşam saatlarında mənzillərə paylanan təbii qazın təzyiqinin azaldılmasıdır. Abonentləri narahat edən bu kimi hallarla bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevdən münasibət öyrənməyə çalışdıq.

Qurumun sözçüsü “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir sıra rayonlarda qaz olmamasına səbəb həmin rayonların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi üçün daxili qaz şəbəkəsində aparılan təmir işləridir: “Bununla əlaqədar ”Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılarında təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki-təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir”.

İbrahim Kərbəlayev onu da bildirib ki, soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb, indi isə hava şəraiti normala döndüyündən həmin işlərin icrasına başlanılıb: “Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb, indi həmin işlər davam etdirilir. Çünki Bakı və Abşeron qaz təchizatı şəbəkəsinin xeyli hissəsi 60-70-ci illərdən qalan şəbəkədən ibarətdir.

”Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır”.

Axşam saatlarında qazın təzyiqinin azalmasına gəlincə, İbrahim Kərbəlayev bunun doğru olmadığını bildirdi. Qeyd edək ki, yayılan məlumatlara görə, “Azəriqaz” rəhbərliyi yerli qaz idarəsi rəhbərlərinə tapşırıq verib ki, axşam saatlarında qazın təzyiqi azaldılsın. Bu isə əhalinin məişətinə mənfi təsir edir.

İbrahim Kərbəlayev abonentlərə bu kimi hallarda qaynar xəttə zəng etməyi tövsiyə etdi: “Bu deyilənlər doğru deyil. Əgər hansısa ərazidə axşam saatlarında qazın təzyiqinin azalması və ya kəsilməsi müşahidə olunursa, fərdi qaydada qaynar xəttə və çağrı mərkəzinə müraciət etsinlər, ünvanı bildirsinlər, əməkdaşlarımız tərəfindən həmin əraziyə baxış keçirilsin, yerindəcə araşdırma aparılsın”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə