Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranda üsyan – xalq hərbçiləri linç edir (FOTO)
İranda üsyan – xalq hərbçiləri linç edir (FOTO)
21 Fevral 2017 / 10:20 / Baxış sayı: 1034
Font1 Font2 Font3 Font4

Prezident Həsən Ruhani təcili toplantı keçirərək tapşırıqlar verib

İranda bir milyon ərəbin yaşadığı Huzistan vilayətində hökumət əleyhinə xalq ayağa qalxıb. İstiPress-in məlumatına görə, İran İnqilab keşikçilərinin qarşısını almaqda çətinlik çəkdiyi etiraz aksiyaları 7-ci gündür ki, davam edir.

Küçələrə çıxan insanlar İnqilab keşikçilərinin bir qərargahına od vurub, hərbçilərin bəziləri linç edilib.

“Arabi21.com” saytı xəbər verir ki, aksiyalar geniş vüsət aldığından hökumət bölgədə interneti kəsib. Bəzi məlumatlara görə, etirazçılar arasında ölənlər var. Aksiyalar daha çox vilayətin Əhvaz şəhərində geniş vüsət alıb.

İnqilab Keşikçiləri xalq tərəfindən linç edildikdən sonra prezident Həsən Ruhani bölgə valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib.

İranın dini ali lideri Əli Xamneyi hadisələrlə bağlı açıqlama verərkən bildirib ki, hökumət təcili şəkildə etirazlarındaha da böyüməsinin qarşısını almalıdır. İran hökuməti aksiyaların icasəiz keçirildiyini bəyan edib. Dövlət telekanllarında isə aksiyalarla bağlı heç nə göstərilmir.

Huzistan vilayəti strateji əhəmiyyətə malikdir. Bölgə neft yataqları ilə zəngindir. Vilayət İranın nüvə fəaliyyətlərinin mərkəzi olan Buşehrə yaxınlığı ilə diqqət çəkir.

Ötən ay Əhvaz şəhərində iki neft boru kəməri partladılmışdı. Hücumun məsuliyyətini “Əhvazın azadlığı üçün Ərəb mübarizə hərəkatı” öz üzərinə  götürmüşdü.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə