Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FED rəsmisinin bəyanatı dolları bahalaşdırır
FED rəsmisinin bəyanatı dolları bahalaşdırır
21 Fevral 2017 / 11:02 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4

ABŞ dollarının altı əsas qlobal valyutaya nisbətən məzənnəsini formalaşdıran “ICE U.S. Dollar” indeksi 0,26% möhkəmlənib.

“APA-Economics” xəbər verir ki, buna səbəb ABŞ-ın Filadelfiya ştatının Federal Ehtiyat Bankının prezidenti Patrik Harkerin bəyanatıdır. Belə ki, P.Harker ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) 14-15 mart tarixlərində keçiriləcək toplantısında uçot dərəcəsinin artırılacağını istisna etməyib.

 

ABŞ dollarının 16 əsas valyutaya nisbətən məzənnəsini formalaşdıran “WSJ Dollar” indikatoru isə 0,23% yüksəlib.

Bugünkü ticarət sessiyasında avro 1,0598 dollar səviyyəsində ticarət olunur. Avrozonanın vahid valyutasının məzənnəsi ötən ticarət sessiyasını 1,0624 dollar səviyyəsində başa vurub.

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 113,45 yen təşkil edir. Qeyd edək ki, ötən ticarət sessiyasının dollar 113,01 yen səviyyəsində yekunlaşdırıb.

Treyderlər FED tərəfindən uçot dərəcəsinin martda artırılması ilə bağlı ehtimalları 30% səviyyəsində qiymətləndirir.

Qeyd edək ki, P.Harker FED-in iclaslarında səsvermə hüququna malik olan şəxslərdən biridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə