Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklar manatla əmanət qəbulunu dayandırdı – SƏBƏB
Banklar manatla əmanət qəbulunu dayandırdı – SƏBƏB
21 Fevral 2017 / 11:35 / Baxış sayı: 882
Font1 Font2 Font3 Font4

Əhali Manatda olan vəsaitlərini banklarda 2 ildən artıq müddətə saxlamaqda maraqlı deyil, daha çox qısamüddətli əmanət yerləşdirməyə üstünlük verilir. Səbəb 10 ilədək müddət üçün Manatın dəyərinin proqnozlaşdırılmasının çətin olmasıdır.

Azərbaycan Beynəlxalq Bankı milli valyutada 3-10 illik əmanət cəlb etməyi dayandırıb.
arxiv.bizimxeber.az “Marja”ya istinadən xəbər verir ki, artıq Bank 24 ayadək əmanət qəbul edir. Əmanət faizləri müddətdən və faizlərin ödənilməsi formasından asılı olaraq 11-13% təşkil edir. Qeyd edək ki, indiyədək ABB-də depozit faizləri 8-10% civarında idi.
Beynlxalq Bank həmçinin, “Multivalyuta”, “Yığım”,“Avans”,“Uşaq”,  “Qızıl depozit”, “Pensiya” yığım əmanət növləri və “Əmanət kartı” məhsulunu ləğv edib.
Bundan başqa, Avro, İngilis funt sterlinqi və Rusiya rublu valyutasında əmanətlərin qəbulu dayandırılıb.
Beynəlxalq Bankın uzunmüddətli əmanət qəbulunu dayandırması və əmanət faizlərini qaldırması 20 illik ipoteka barədə ümidləri azaldır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə