Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DAİR Hotellər və Restoranlar Assosiasiyası görüş keçirdi
DAİR Hotellər və Restoranlar Assosiasiyası görüş keçirdi
21 Fevral 2017 / 12:11 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə 15 Fevral, 2017-ci il tarixində “Vergilər Məcəlləsində Dəyişikliklər” adlı turizm və qonaqpərvərlik sənayesi və bu sektorun ətrafında fəaliyyət göstərən digər sahələrin nümayəndələri ilə Azərbaycan Respiblikasının Vergilər Nazirliyinin ekspertləri arasında görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsində baş vermiş dəyişikliklərin açıqlanması, bunların tətbiqi yolları, turizm və qonaqpərvərlik sahəsində vergi siyasəti və sair suallar tədbirdə müzakirə ediliblər.

Vergilər Nazirliyi tərəfindən tədbirdə İmanov Nicat , AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Baş Direktorunun Müavini və Dərgahov Namiq AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Strateji Araşdırmalar İdarəsinin Direktoru iştirak edib, Vergilər Məcəlləsində baş vermiş dəyişikliklər haqqında geniş məlumat verib, sənaye nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbir çərçivəsiində Assosiasiyanın 11 yeni Üzvü təqdim edilib və Üzvlük Sertifikatlarını alıblar. Bunlar sırasında Hyatt Regency Baku Hotel, JW Marriott Absheron Baku Hotel, Sheraton Hotel Baku Airport, Bosfor Hotel, New Baku Hotel, City Mansion Hotel hotelləri, Ayı Sürücü, Bibit, Rama Service şırkətləri və iki yeni fərdi Üzv olaraq Flora Ələskərova, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və İbrahim Qafarov, AF Hotelin Front Office Meneceri olublar.

Turizm və qonaqpərvərlik sənayesinin inkişafı, o cümlədən 2-3 ulduzlu hotellərin artması, sənayedə sivil bazar münasibətlərinin təkmilləşməsi məqsədilə əmək bazarının və fərdi şəxslərin vergi məsuliyyətinin tənzimlənməsi və vergiyə cəlb edilməsi kimi suallar da tədbirdə müzakirəyə çıxarılmışdırlar.

Elektron hesab fakturaların tətbiqi, ƏDV-nin hesablanması, nəğdsız əməliyyatların təmin edilməsi kimi məsələlər sənaye nümayəndələri üçün ekspertlər tərəfindən ətraflı açıqlanmışdırlar.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin Sədri Samir Dübəndinin sözlərinə görə: “…2-3 ulduzlu hotellərin sayının arması üçün sahibkarları vergi imtiyazları ilə həvəsləndirmək lazımdır, onda biz qonaqpərvərlik sənayesində kiçik və orta biznesın inkişafını müşaidə edərik.”

Qeyd edilmişdir ki, “ …İcarəyə verilən və turistlərə apartamentlər və yaxud hostellər adı ilə təklif edilən mənzillər və fərdi evlər hotellərə ciddi rəqabət təşkil edirlər. Əgər kimsə öz mənzilini

icarəyə vermək və yaxud hostelə çevirərək xidmətlər göstərmək arzusundadırsa bu qəbul edilmiş haldır və beynəlxalq miqyasda yayılıb. Yalnız bu mənzillər və hostellər müvafiq standartlara cavab verməlidirlər və eyni zamanda vergi ödəyicisi olmalıdırlar. Onda onlarla hotellər arasında ədalətli vergi və standartlar tarazlığı yaranar. Mənzil fondunda icarə xidmətləri göstərən sahibkarlarıın bir çoxu vergidən yayınırlar. Hotellərin fəaliyyətinə, onların biznes maraqlarına diqqətli olmalıyıq. Bu istiqamətdə müvafiq işlər də görüləcəklər.”

“İçtimai iaşə sektorunda bizim araşdırmalarımıza istinadən 15 min masa xidmətçisi çalışır. Onların bir çoxu nə vergi ödəyicisidir, nə də ki, sosial müdafiəsi var, yənı rəsmi əmək kontraktı olmadam çalışırlar. Assosiasiya onları aşkar edir və onlar arasında vergi ödəmək mədəniyyətinın yaranması üçün təbliğat aparır” – təşkilat rəhbəri qeyd etmişdir.

Tədbirin təşkilində bizə dəstək olan JW Marriott Absheron Baku Hotelinin rəhbərliyinə və bütün personalına, eyni zamanda informasiya dəstəyi təmin edən Trend.az, Milli.az, Day.az və Azernews.az informasiya portallarına Hotellər və Restoranlar Assosiasiyası dərin təşəkkürünü bildirir. Assosiasiya yeni Üzvlərə onları seçdiklərinə görə təşəkkürünü bildirir.

Assosiasiyanın təşəbbüsünü qəbul edib, tədbirdə fəal iştirak etdiklərinə görə AR Vergilər Nazirliyinin rəhbərliyinə və tədbirdə iştirak edən ekspertlərə Assosiasiyanın İdarə Heyəti öz dərin ehtiramını bildirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə