Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samir Şərifov və ətrafı hədəfdə – Maliyyə bosları sıxıntılı günlər keçirir
Samir Şərifov və ətrafı hədəfdə – Maliyyə bosları sıxıntılı günlər keçirir
21 Fevral 2017 / 12:13 / Baxış sayı: 2112
Font1 Font2 Font3 Font4

Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmədəki açıqlaması Maliyyə Nazirliyinin rəhbər şəxsləri üçün problemə çevrilib. 

Buna əsas səbəb kimi, ABB-nin Müşahidə Şurasında Maliyyə Nazirliyini təmsil edən rəhbər şəxslərin adının bankda baş verən cinayətlərdə hallanmasıdır.

Beynəlxalq Bankın idarə olunması, böyük məbləğdə kreditlərin verilməsi və s. məsələlərdə Müşahidə Şurasının rəy və qərarları həlledici olsa da, milyonlarla kreditin Cahangir Hacıyev tərəfindən ayrı-ayrı şəxslərə təkbaşına verilməsi bir qədər şübhəlidir.

arxiv.bizimxeber.az “Reytinq” qəzetinə istinadən xəbər verir ki,  Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur.

Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı.

Məlumatda qeyd edilir ki, Cahangir Hacıyevlə bağlı istintaq başlanan zaman Samir Şərifovla Mərkəzi Bankın sədri Elman Rüstəmov bütün gücləri ilə prosesi özlərindən kənarlaşdırıb, əzəli rəqiblərini sıradan çıxarmaq üçün ABB rəhbərini yeganə təqsirkar, əsas hədəf göstəriblər.

Maliyyə sektorundan alınan məlumata görə, S.Şərifovla E.Rüstəmov hətta iri kredit məsələlərini də C.Hacıyevin onların rəyi və razılığı olmadan həyata keçirdiyini deyiblər: “O zaman ortaya sual çıxır ki, bəs niyə nazir və baş bankir vaxtında bu problemi qaldırmayıblar?”.

İddia edilir ki, hər iki şəxsin ABB-də baş verənlərdən xəbəri olub. Lakin onlar Cahangir Hacıyev və onu himayə edən güclü komandadan çəkiniblər. İstintaq başlayanda isə fürsətdən yararlanıb, C.Hacıyevin əsas təqsirkar kimi həbsində rol oynayıblar.

“Doğrudur, C.Hacıyev əsas təqsirkarlardan biridir. Amma digər təqsirkarlar məsuliyyətdən kənarda qalmamalı, onlar da cinayət tərkibli əməllərinə görə cəza almalıdırlar”,-deyən mənbənin iddiasına görə, S.Şərifovla E.Rüstəmov C.Hacıyevi əsas təqsirkar göstərməklə həm əsas rəqiblərindən qisaslarını alıblar, həm də özlərini təmizə çıxarmağa çalışıblar.

ABB-də baş verən maliyyə fırıldaqlarında Cahangir Hacıyevlə yanaşı, Maliyyə Nazirliyinin, o cümlədən nazir müavini Azər Bayramovun da “barmaq izləri”nin olduğu qanunla göz qabağındadır: “Onlar da gec-tez istintaqa cəlb olunmalıdır. Yəqin ki, bu, qaçılmaz olacaq”.

Məlumatda həm də bildirilir ki, Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır.

A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir.

Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər.

Məlumata görə, ABB-də baş verənlərə A.Bayramovun zamanında təsir edə bilmədiyi barədə dövriyyəyə buraxılanlar “iz azdırmağa” hesablanmış dezinformasiyadır:

“Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı. Əlbəttə, bütün bunlar nə hakimiyyətdəki analitiklərin, nə də müstəqil ekspertlərin diqqətindən yayınmadı. Ona görə də sistemli araşdırmalar başlayıb və Samir Şərifov-Azər Bayramov cütlüyünün cəmiyyət üçün sensasiyalı əməlləri üzə çıxıb. Hələlik bunun nədən ibarət olduğunu açıqlamıram. Ancaq bu cütlüyün yaratdığı problemlər Müdafiə Nazirliyindən tutmuş, bir çox nazirlik, komitə vəiş adamlarının da narazılığına səbəb olub”.

Qeyd edilir ki, bu narazılıq fonunda ortaya çıxan real mənzərə və faktlar Samir Şərifov və onun ətrafındakı maliyyə boslarının əhatə dairəsini “daraladır”.

Samir Şərifovun ətrafında baş verən proseslərin nazirlikdəki bəzi vəzifəli şəxsləri ruhlandırdığı da bildirilir. Qeyd edilir ki, illərlə S.Şərifovla A.Bayramovun “toxunulmaz” olduğunu düşünənlər, artıq cəsarət nümayiş etdirir, hətta onlardan biri nazir olmaq iddiasını gizlətmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə