Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş məhkum özünü və polisi bıçaqladı – Bakıda insident
Keçmiş məhkum özünü və polisi bıçaqladı – Bakıda insident
21 Fevral 2017 / 12:26 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polisə bıçaqla xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Qara Qarayev prospekti 74 ünvanında 36 yaşlı Həsənquliyev Sərdar Ənvər oğlu qadının (hələlik adı açıqlanmır) əl çantasını zorla alıb qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəliblər. Polislər soyğunçuluq edən S.Həsənquliyevin arxası ilə qaçaraq onu tutublar. S.Həsənquliyev tutulan zaman bıçaqla əvvəlcə özünə xəsarət yetirib. Onun bu əməlinin qarşısını almaq istəyən polis əməkdaşının da əli kəsilib. S.Həsənquliyev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri xəsarət alan polisə ilkin yardım göstəriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Həsənquliyev əvvəllər məhkumluq həyatı yaşayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə