Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gömrükdə problem yaradan sahibkarların adları açıqlandı (SİYAHI)
Gömrükdə problem yaradan sahibkarların adları açıqlandı (SİYAHI)
21 Fevral 2017 / 13:54 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4

Azərbayacanda gömrük vergisini ödəməyən sahaibkarların adları açıqlandı. Dövlət Gömrük Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Cədvəldən də göründüyü kimi ümumilikdə 384346.89 ABŞ dolları, 18855.18 avro və 40331.72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Dövlət Gömrük Komitəsi xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək.

Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə