Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda PARTLAYIŞ: 5 nəfər yaralandı- SİYAHI-VİDEO
Bakıda  PARTLAYIŞ: 5 nəfər yaralandı- SİYAHI-VİDEO
21 Fevral 2017 / 14:24 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

***

13:43

Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

***

13:39

Bakıda dönərxanada partlayış olub.

APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə