Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur rus diplomatın ölümündəki müəmma – İLGİNC İDDİALAR
Məşhur rus diplomatın ölümündəki müəmma – İLGİNC İDDİALAR
21 Fevral 2017 / 14:34 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin müəmmalı ölümü ilə bağlı müxtəlif versiyalar səslənir.

arxiv.bizimxeber.az cebhe.info-ya istinadən xəbər verir ki, Rusiya mətbuatı da səfirin ölüm səbəblərini araşdırmağa çalışır. “Komsomolskaya pravda”nın Nyu-Yorkdakı müxbiri diplomatın ölüm səbəbləri ilə bağlı araşdırma aparıb.
Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən verilən məlumata görə, son bir neçə gündə Çurkin BuzzFeed portalında yayımlanan materiallarla bağlı ciddi narahatlıq keçirib.
Belə ki, portalda 15 fevralda  “Rus diplomatının müəmmalı ölümü” bağlıqlı yazı yayımlanıb. Yazının müəllifi Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğundakı ölümü faktı ilə bağlı fikirlərini bölüşüb və ölən şəxsin adının ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilədə hallandırıldığını yazıb. Konsulluqda komandant olan  Sergey Krivov iş yerində 8 noyabrda, yəni Amerikada seçki keçirildiyi gün vəfat edib.
Ölümün təbii səbəblərdən olduğuna dair rəy verilib. Ancaq yazının müəllifi Əli Uotkins bu qənaətlə razılaşmayıb.
Onun fikrincə, Krivov konsulluqda komendant olub və ABŞ-da Rusiya xarici kəşfiyyat xidmətinin istifadə etdiyi  gizli binalara giriş imkanı olub. Nyu-Yorkda Sergey Krivov adlı heç bir nəfər də qeydiyyatda olmayıb. Manhettendə Krivov ailəsi mərasim üçün heç bir kontora müraciət etməyib. İndiyə qədər heç bir rus təyyarəsi bu soyadlı şəxsin cənazəsini ölkəyə gətirməyib. Ancaq Rusiya tərəfi cəsədin Krivovun həyat yoldaşının müşayəti ilə Rusiyaya gətirildiyini və mərasim xidmətinin Bruklindəki firmalardan biri tərəfindən göstərildiyini deyib. Məqalə müəllifi belə hesab edir ki, 8 noyabrda seçki günü baş verən ölüm Rusiya xüsusi xidmət orqanlarının seçkiyə müdaxiləsinin final mərhələsi olub.
Uotkinsin fikrincə, Rusiyadan olan kəşfiyyatçılar Nyu-Yorkdakı baş konsulluq binası ilə yanaşı BMT yanındakı Daimi Nümayəndəlikdən də gizli məkan kimi istifadə edə bilərdilər.
Rusiya mətbuatının iddiasına görə, bütün bu barədə yazılanlar Vitali Çurkinin səhhətinə mənfi təsir göstərə bilərdi.
İndilik isə  Çurkinin ölümünün ürək çatışmazlığından olduğu deyilir. Xatırladaq ki, daimi nümayəndə Vitali Çurkin 20 fevralda iş yerində dünyasını dəyişib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə