Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vətəndaşın üzləşdiyi özbaşınalıq: Mülki iş necə cinayət işinə çevrildi? – DETALLAR
Vətəndaşın üzləşdiyi özbaşınalıq: Mülki iş necə cinayət işinə çevrildi? – DETALLAR
21 Fevral 2017 / 14:47 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4

Masallı rayonunun Hişkədərə kənd sakini Ağayev Elnur Feyruz oğlunun qarşılaşdığı qanunsuzluq və özbaşınalıq Prezident İlham Əliyevin sahibkarlara dəstəyi, eləcə də fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı fonunda diqqət çəkir.

Dövlət başçısı bu sərəncamı ilə cəzaların humanistləşdirilməsi kimi mühüm addım atmaqla yanaşı, iqtisadi cinayətlərlə bağlı da əhəmiyyətli göstəriş verdi. Yəni iqtisadi problemlərlə bağlı qərarlar verilərkən, alternativ cəzalara üstünlük verilməlidir. Bu, dövlət başçısının humanist siyasətinin təzahürüdür. Həmçinin, bu vəziyyət sahibkarların daha rahat şəkildə fəaliyyətinə, qanunvericilikdəki sərt cəzalardan istifadə edərək, hüquq-mühafizə orqanlarındakı bəzi “işbazların” sahibkarlara qarşı özbaşınalığının qarşısını almağa şərait yaradacaq.

Bu mühüm sərəncamın imzalanmasından bir neçə gün sonra Ağayev Elnur Feyruz oğlunun Miq.Az-a ünvanladığı şikayət aktuallığı ilə seçilir və hüquq-mühafizə orqanlarında bəzilərinin dövlət başçısının siyasətinə uyğun olmayan addım atmasını sübut edir.

Bir müddət öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Ağayev qanunsuzluğun, ədalətsizliyin və özbaşınalığın qurbanı olub. Belə ki, o, uzun müddət tandığı Mansurova Elnarə Fərhad qızından 14000 manat borc alıb.

Özü deyir ki, vaxtilə normal şəkildə sahibkarlıqla məşğul olurmuş. Çoxdan tanıdığı Elnarə Mansurova onun işlərinin yaxşı getdiyini görərək, notarial qaydada ona 14000 manat borc verir. Tərəflər arasında kredit müqaviləsi bağlanır və belə razılaşırlar ki, Elnur Ağayev borc aldığı pulu Elnarə Mansurovaya bir il sonra qaytaracaq. Borcun qaytarılacağı müddətə qədər isə o, Mansurovaya hər ay qazanc olaraq 450 manat pul verəcək.

“Hər ay 450 manat olmaqla Elnarə Mansurovaya ümumilikdə 3150 manat qazanc pulu verdim. Lakin iflasa uğradığım üçün bu pulu verə bilmədim. Kredit müqaviləsinin müddəti bitəndən sonra Elnarə Mansuvora bu müqaviləni təsdiq etmiş Bakı şəhəri 53 saylı Notariusa ərizə ilə müraciət edərək, aramızda olan 14000 manat borcla bağlı heç bir mübahisənin olmadığını bildirdi. Onun ərizəsinə əsasən kredit müqaviləsinə 12.03.2014-cü il tarixli 01/375 saylı İcra Qeydi verildi. Barəmdə 28.01.2015-ci il tarixində Masallı rayon İcra şöbəsində “Borclu Ağayev Elnur Feyruz oğlundan 14000 manat pul alınaraq, Mansurova Elnarə Fərhad qızına verilməsi barədə” icraata başlamaq haqda qərar qəbul edildi. Əmlakım olmadığı üçün həyat yoldaşımın adına olan “Opel Zafira” markalı, 90 KX 426 dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyuldu və avtomobil bizdən alındı. Bundan sonra mən 500 manat, 2000 manat, 400 manat və 400 manat pul ödəmişəm. Hazırda da ödənişlərimi davam etdirirəm. Haqqımda çıxan qərarda da göstərilir ki, bu mülki işdir. Lakin məsələni cinayət işinə çevirərək, həbs olunmağım haqda qərar çıxarılıb”, – deyə E.Ağayev danışır.

Onun ödəniş etməsinə baxmayaraq, Elnarə Mansurova Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. 2014-cü ilin 21 avqustunda cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilir. Mansurova isə şikayətlərini verməyə davam etdirir.

E.Ağayev deyir ki, bu şikayətlərə görə dəfələrlə Yasamal RPİ-də olub: “Hər dəfə mənə bildirirdilər ki, “bu mülki işdir, sənin haqqında Nəsimi Rayon İcra Şöbəsində mülki iş vardır. Barəndə cinayət işi qaldırıla bilməz”. Lakin buna baxmayaraq, bu gün mənim barəmdə cinayət işi qaldırılıb. Guya Elnarə Mansurova ilə aramızda olan 14000 manatdan əlavə, o mənə 2013-cü ilin 6 avqustunda 3000 manat, 2013-ü ilin sentyabrın 10-da 2000 manat pul verib. Onun ümumilikdə 19000 manat pulunu mənimsəmişəm. Halbuki, mənə cəmi 14000 manat pul verib və bu notarial qaydada, kredit müqaviləsi ilə baş verib. Həmin pulun bir hissəsini İcra işi ilə məşğul olan İcra Məmuruna ödəmişəm, hazırda da hər ay pul ödəyirəm”.

Kifayət qədər qarışıq olan bu məsələdə kələfin ucunun hara gedib çıxması olduqca maraqlıdır. Axı sırf mülki iş olan məsələninin cinayət işinə çevrilməsi borc verən Mansurova Elnarə Fərhad qızından başqa daha kimlərə sərf edə bilərdi?! Mansurovanın daha çox pul almaq istəyi ilə şikayət verməsi bəlkə də təəccüblü qarşılanmaz, lakin bu şikayətin təmin edilməsi və Elnur Ağayev haqqında cinayət işinin açılması hər şeydən öncə qanunlarımıza kölgə salınmasıdır.

E. Ağayevin şikayətindən belə anlaşılır ki, kələfin ucu Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Asif Əliyevə gedib çıxır.

E.Ağayev deyir ki, Asif Əliyev rəhbər təşkilatların sifarişi ilə belə addım atıb.

“Müstəntiq Elnarə Mansurovanın ərizəsi ilə mənim barəmdə 2015-ci ilin 18 iyun tarixində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət işi açıb, 2016-cı ilin 8 avqust tarixində isə cinayət əməli daşıyan 178.3.2-ci maddəsinə tövsif edilib və barəmdə başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib. Elnarə Mansurova ilə mənim aramda lan məsələ mülki xarakter daşımasına baxmayaraq, haqqımda cinayət işi başlanılıb. Bu, qanunsuzluqdur”, – deyə o bildirib.

E.Ağayevin haqqında təqsirləndirilən şəxs qismində çıxarılmış qərarda deyilənlər də bu qanunsuzluğu ortaya çıxarır.

Qərarda deyilir: “O, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə keçmiş iş yoldaşı Mansurova Elnarə Fərhad qızı ilə mütəmadi apardığı xoşniyyətli söhbətlərdə kommersiya fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edəcəklərini deyərək, etibarını qazanmış, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, əvvəlcədən qaytarmaq niyyəti olmayaraq, özgənin əmlakını ələ keçirərək mənimsəmək məqsədilə 04.03.2012-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq küçəsi 500-cü məhəllə 12/11 nömrəli üvanda yerləşən 53 saylı notariat kontorunun qarşısında 14000 manat pulunu, 2013-cü ilin avqust ayının 10-da Yasamal rayonu H. Cavid parkının qarşısında 3000 manat pulunu və 2013-cü ilin sentyabr ayının 9-da Yasamal rayonu Ə.Ələkbərov küçəsi 87 saylı ünvanın qarşısında 2000 manat pulunu, ümiumilikdə 19000 manat külli miqdarda pulunu ələ keçirib, zərərçəkmiş Mansurova Elnarə Fərhad qızına külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdi”.

E. Ağayev belə qanunsuzluqla üzləşdiyini deyir. O, üzləşdiyi özbaşınalığın aradan qaldırılması üçün Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsman Elmira Süleymanovaya, Bakı şəhər prokuroru Əziz Seyidova, Yasamal rayon prokuroru Rasim Hacıyevə müraciət edib.

Yazıda adları keçən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarinfo.Az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə