Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş müdafiə naziri prezidenti devirmək istəyib?
Keçmiş müdafiə naziri prezidenti devirmək istəyib?
21 Fevral 2017 / 14:55 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

Ermənistanın keçmiş müdafiə naziri, keçmiş xarici işlər naziri Vardan Oskanyan və “İrs” partiyasının lideri Raffi Ovanisyanla blok yaradıb aprelə təyin olunmuş parlament seçkilərinə hazırlaşan Seyran Ohanyan Serj Sərkisyanı devirmək cəhdində ittiham oluna bilər.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Ohanyana qarşı bu ittihamla “torba tikilməsi” üzərində iş gedir.

“Aykakan Jamanax” qəzetinin yazdığına görə Ohanyan 2015-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zərərsizləşdirdiyi silahlı bandanın işi üzrə istintaqa cəlb edilə bilər. Həmin silahlı qrup Ermənistanda silahlı çevriliş həyata keçirməyi, o cümlədən prezident Serj Sərkisyanın təyyarəsini Parisə, Qarabağ danışıqlarına gedərkən raketlə vurub partlatmağı planlaşdırıb. Hazırda həmin qrupun işi üzrə qapalı məhkəmə gedir.

Qəzetə məlumat verən mənbələr deyib ki, məhkəmə istintaqında iş üzrə ortaya çıxan yeni məqamlar bəzi şəxslərin, o cümlədən Seyran Ohanyanın həbsinə gətirib çıxara bilər. Belə ki, çevriliş planlaşdıran silahlı qrupun keçmiş müdafiə naziri ilə əlaqələri ortaya çıxıb, bu əlaqələr qrupun rəhbəri, müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan üzərindən təmin edilibmiş. Hazırda Şirxanyan həbsdədir.

Bundan əvvəl elə həmin qəzet yazmışdı ki, Seyran Ohanyana qarşı orduda irimiqyaslı mənimsəmə ittihamları ilə cinayət işinin qaldırılmasına hazırlıq gedir. Söhbət bir neçə milyonluq yeyintidən gedir.

Belə görünür ki, Ohanyan Sərkisyan üçün qarşıdakı seçkilərdə ən təhlükəli rəqibə çevrilir. Hərçənd ötən ilin aprelində Qarabağda gedən dördgünlük müharibədən sonra Ermənistan ordusunun necə acınacaqlı durumda olduğu üzə çıxdı və nəticədə Ohanyanın imicinə ciddi zərər dəydi. Habelə onun Sərkisyandan sonra hakimiyyəti ələ almaq ambisiyaları sarsılmış oldu. Buna baxmayaraq Ohanyan keçmiş səngər yoldaşına əlcək atıb və parlament seçkilərinə qatılaraq hakimiyyəti dəyişmək istəyini ortaya qoyub. Və ona qarşı hücumlar özünü çox gözlətməyib.

Artıq Ohanyanın müttəfiqi Vardan Oskanyanın oğlu və qardaşı oğlu adam oğurluğu ittihamı ilə istintaqa cəlb edilib. Serj Sərkisyan isə ötən gün Müdafiə Nazirliyinə gedərək ordunun komandan, zabit heyəti qarşısında çıxış edib. Onları xəbərdar edib ki, parlament seçkiləri dövründə orduda siyasi söhbətlərə yer olmayacaq, bu və ya digər partiyanın təbliğatının aparılmasına imkan verilməyəcək. Belə hallara yol verənlər cəzalandırılacaq.

Sərkisyan nədən narahatdır? Görünür o, nəzərə alır ki, orduda Ohanyanın tərəfdarları hələ qalır və onlar parlament seçkiləri dövründə, yaxud ondan sonra yarana biləcək siyasi qarşıdurma zamanı keçmiş müdafiə nazirini dəstəkləyə bilərlər…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə