Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli prokurorluqda dindirilib
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli prokurorluqda dindirilib
21 Fevral 2017 / 15:36 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

Bu gün, fevralın 21-də «Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu haqda jurnalistin özü məlumat verib.

R.Hacıbəylinin dediyinə görə, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib. Fevralın 18-dən 20-nə kimi «Azadlıq» qəzetinin 6 əməkdaşı – İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdu. «Azadlıq» qəzetinin əməkdaşları qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər. (“Azadlıq” radiosu)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə