Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

2 dönər, 1 araq üçün iki uşaq anasını “kislota” ilə yandırdı
2 dönər, 1 araq üçün iki uşaq anasını “kislota” ilə yandırdı
21 Fevral 2017 / 16:02 / Baxış sayı: 986
Font1 Font2 Font3 Font4

İki uşaq anasının üzünə ”kislota” atan şəxs və cinayətin sifarişçisinin məhləməsi olub. Sifarişi verən şəxs qadının keçmiş əridir.

Dəhşətli cinayət əməlini törədən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
arxiv.bizimxeber.az musavat.com-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nuranə Hüseynova da iştirak edib. Bir gözü tamamilə kor olan N.Hüseynova məhkəmədə ifadə verib.
Hadisə Pirallahı rayonunda baş verib. Sifarişçi N.Hüseynovanın keçmiş əri 1987-ci il təvəllüdlü Hüseynov Tural Cəmşid oğludur. Qadının üzünə “kislota” atan isə 1981-ci il təvəllüdlü Kərimov Vüqar Eldar oğludur.
Turalla Vüqar tanış olublar. İttiham aktımda yazılır ki, Tural hadisənin sifarişini Vüqara verib. Qarşılığında isə Vüqara 2 dönər və 1 araq alacaqmış.
Zərərçəkmiş Nuranə Hüseynova məhkəmədə ifadə verərək başına gələnləri danışıb.
O, keçmiş ərinin bir ilə yaxındır onu izlədiyini, təhdid etdiyini deyib.
Hadisənin baş vermə səbəbi isə Nuranənin keçmiş ərinin barışıq tələbinə rədd cavabı verməsi olub:
“Dedi ki, “mənimlə barışacaqsan”. Biz rəsmi boşanmışıq. Məhkəmə müddətini də bilərəkdən uzadırdı. Mən də dedim ki, barışmayacam. Son bir il ərzində məni həmişə hədələyib, təhdid edib”.
N.Hüseynova ona ağır xəsarət yetirən Vüqar Kərimovu tsnımadığını deyib: “Üzümə kislota tökən şəxsi tanımıram. Tural zəng edib dedi ki, məhəllədəki mağazadan pulu götürüm. Alimenti mağazaya verirdi. Dedim ki, artıq mağaza bağlıdır. Dedi, mağazanın sahibi səni maşında gözləyir. Elə çatan kimi bu hadisə baş verdi. Heçnə görə bilmədim”.
Hakimin və prokurorun suallarını cavablandıran N.Hüseynova qeyd edib ki, boşandıqdan sonra Tural Hüseynov onu dəfələrlə döyüb və hədələyib: “Neçə dəfə alimenti ödəyə bilməyib. İcraçılar da onu sıxırdı. Həbs edilməsin deyə şikayəti geri götürmüşəm. Məni hədələməsi, döyməsi ilə bağlı polisə də müraciət etmişəm. Sonra gəlib yalvarıb, bağışlamışam”.
Səhhəti ilə bağlı danışan Nuranə Hüseynova deyib ki, indi sol gözü tamamilə görmür: “Gözüm görmür. Başımı yuxarı qaldıra bilmirəm. Bir neçə dəfə əməliyyat olunmuşam”.
Keçmiş ərindən və üzünə “kislota” atan şəxsdən şikayətçi olduğunu deyən N.Hüseynova tələbini də açıqlayıb: “Mənim üzümü əvvəlki vəziyyətinə qaytarsınlar. Əməliyyat, müalicə xərclərimi qarşılasınlar. Vüqarın anasıgil bir neçə dəfə maddi kömək göstərib. Amma hər iki şəxsin ağır cəza almasını istəyirəm”.
Bu zaman məhkəmə zalında olan Tural Hüseynovun yaxınları deyiblər ki, onlar da Nuranənin əməliyyatına və müalicəsinə maddi kömək ediblər.
Hadisə ötən ilin mart ayında baş verin. Hər iki şəxs isə iyun ayının əvvəlində saxlanıblar.
Arvadına qarşı cinayəti sifariş verəm T.Hüseynov ilk olaraq özünü elə aparın ki, guya hadisənin baş vermə səbəbindən xəbərsizdir. Hətta xəstəxanaya gedərək keçmiş arvadına baş da çəlib. Ancaü poljs əməkdaşlarının keçirdikləri əməliyyatdan sonra T.Hüseynov saxlanılıb.
İttiham aktında qeyd edilir ki, T.Hüseynov etiraf edib ki, cinayəti qısqanclığa görə sifariş verib.
O deyib ki, elə etmək istəyib ki, keçmiş arvadına heç bir kişi yaxın gəlməsin.
“Mənim deyilsə, heç kimin olmayacaq”- deyə Tural Hüseynov ifadəsində deyib.
Növbəti məhkəmə prosesi fevralın 28-nə təyin edilib.
Qeyd edək ki, Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3 maddəsi (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) ilə təqsirli bilinirlər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə