Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Göy ölüm” Azərbaycana çatdı (VİDEO)
“Göy ölüm” Azərbaycana çatdı (VİDEO)
21 Fevral 2017 / 17:14 / Baxış sayı: 1166
Font1 Font2 Font3 Font4

Mütəxəssislər vəziyyətlə bağlı həyəcan təbili çalırlar

Bu il başlayandan Azərbaycanda 50-yə yaxın intihara cəhd olub və onlardan 30-dan çoxu həyatını itirib.

İstiPress xəbər verir ki, yalnız yanvarın ilk ongünülüyündə 10 intihar hadisəsi baş verib, fevral ayında isə bir gündə 4 nəfər intihar edib ki, onların əksəriyyəti  yeniyetmələrdir.

Ümumiyyətlə, bu il MDB ölkələrində özünəqəsd hallarının sürətlə artdığı müşahidə edilir. Rusiyada son aylarda 90 yeniyetmə özünü öldürüb. Rusiya KİV-i gənclərin son vaxtlar canlarına qıymasını sosial şəbəkələrdə yayılan oyunlarla əlaqələndirirlər.

Belə ki, sosial şəbəkələrdə keçmiş MDB ölkələrində yaranan, yeniyetmələr arasında çox populyar olan “Göy kit”, “Sakit ev”, “Kitlər dənizi”, “Məni 4:20-də oyat”  kimi təhlükəli oyunlar yayılıb.  Bu oyunlar yeniyetmələr və uşaqlar üçün ciddi təhlükə daşıyır və onların intihar etməsinə gətirib çıxarır.

Oyun müddətində cəmi 50 tapşırığa əməl edilməsi tələb olunur. 50-ci tapşırıq isə ya özünü asmaq, ya da binanın damından atmaqdır. “Kuratorlar” ən müxtəlif tapşırıqlar verə bilərlər.

Məsələn, saat 4,20-də yuxudan oyanaraq binanın damına və ya tikinti kranına çıxmaq, qorxulu filmlərə baxmaq, hətta özünə zərər yetirmək şərtdir. Oyunun sonuna yaxın iştrakçı öz “kuratorundan” başqa ətraflndakılarla ünsiyyətdən tamamilə imtina etməlidirlər.

Beləliklə, “kuratorlar” iştirakçıları idarə edir və onların rəftarlarına tam nəzarət edirlər. Bunun üçün əvvəlcədən iştrakçı anket doldurur və bununla onların zəif yerləri üzə çıxarılır.

Bu oyundan çıxmaq mümkün deyil. Əgər iştrakcı qrupu tərk etməyə cəhd edərsə, o zaman İP ünvanla onun tapılacağı, özünün və bütün yaxınlarının da öldürüləcəyi ilə hədələnir.

Rusiyada “Göy Kit” oyununa qarşı çəkilən maarifləndirici videoçarx

Onu da bildirək ki, bu internet oyunu artıq Azərbaycana da gəlib çıxıb. Buna görə də Bakı məktəblərində valideynlərə məsləhət görülür ki, övladlarına ciddi nəzarət etsinlər.

Psixoloqların tövsiyyəsinə görə, valideynlər uşaqlarının internetdə kiminlə, hansı qruplarda yazışdıqları ilə maraqlanmalıdır. Uşaqları nəzarətsiz buraxmamalıdırlar. Uşaqları ilə əlaqə saxlamaq üçün isə mümkün qədər sadə telefonlardan istifadə etməlidirlər. Belə olduqda valideynlər də, övladları da təhlükədən uzaq olacaq.

Psixoloq Azad İsazadə İstiPress-ə bildirdi ki, qəddarlıq nümayiş etdirən, uşaqları depressiyaya salan, hətta intihara gətirib çıxaran oyunların sayı çoxalıb.

“Uşaqlar oyun oynamaqla ətrafı daha yaxşı tanımağa başlayır. İnsanlar böyüyəndən sonra da müxtəlif oyunlar oynayır. Məsələn, futbol, basketdol, nərd, şahmat, domino və.s. Oyunun insana təsiri çox böyükdür. Hətta özümüz oynamayanda azarkeşlik edirik. Bunların müsbət təsirləri olduğu kimi mənfi tərəfləri də var. Sivilizasiyanın inkişafı nəticəsində günümüzdə virtual kompyüter oyunları da mövcuddur ki, bunların da bəziləri uşaqlar üçün çox təhlükəlidir”, – psixoloq bildirdi.

A.İsazadə bununla mübarizə iki istiqamətdə aparılmalıdır: “Birincisi, ailədə valideynlər övladlarının kompüterdən necə və hansı məqsədlərlə istifadə etdiyinə nəzarət etməlidir. Ümumiyyətlə, hansı oyunları oynayır, məhəllədə, məktəbdə kimlərlə ünsiyyət qurur, dostluq edir. Əgər uşaq evdə sakitcə kompüterin arxasında oturub hər hansı işlə məşğuldursa və valideyn bununla maraqlanmırsa bu, bəzi hallarda pis nəticələrə gətirib çıxara bilər. Burada yalnız oyunlara fokuslanmaq düzgün olmazdı. Çünki uşağı internet vasitəsilə müxtəlif dini sektalara, terrorçu qruplaşmalara da cəlb edə bilərlər. Bu oyunu yaradan adamın psixoloji, patoloji problemləri var ki, sonda sui-qəsdə səbəb olan oyun yaradıb.

Xatırladım ki, 1970-80-ci illərdə dini sektalar fəaliyyət göstərirdi. Oranın üzvlərinin çoxu intihar edirdi. Belə insanların indi əlinə kompüter, internet kimi güclü alət keçib. Ötən əsrdə təhlükəli dini sektalar 2-3 min adam arasında ideyalarını yaya bilirdisə, indi milyonlarla insan təhlükəli oyunların təsiri altına düşə bilər. İkincisi, hüquq-mühafizə orqanları qanun çərçivəsində, təhlükəli oyunlar olan, əxlaqsızlıq və terrorizmi təbliğ edən saytların yaradanları tapıb cəzalandırmalıdır və ya ölkədə bunlara nəzarət edilməlidir.”

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə İstiPress-ə bildirdi ki, qanunvericiliyə zidd məlumatların, oyunların yayılması cinayət məsuliyyəti yaradır.

“Virtual aləmdə kim nə istəsə edə bilər anlayışı yoxdur. İnsanları intihara sövq edən təhlükəli oyunlarla bağlı müvafiq qurumlar cəza tədbirləri görməlidir. Hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır”, – O.Gündüz bildirdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə