Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Eks-Prezident: Bu, əla qərardır…
Eks-Prezident: Bu, əla qərardır…
21 Fevral 2017 / 18:18 / Baxış sayı: 1132
Font1 Font2 Font3 Font4

“Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin olunması əla qərardır. O, həmin vəzifəyə ən münasib namizəd idi”. arxiv.bizimxeber.az xəbər verir ki, bu sözləri virtualaz.org-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

Keçmiş prezident Mehriban Əliyevanın işgüzar keyfiyyətlərini çox yüksək qiymətləndirib, onun Azərbaycan mədəniyyətinin xaricdə təbliği üçün gördüyü işləri, həyata keçirdiyi və dünyada hörmət qazanan layihələri barədə xatırladıb.

“Bu, dövlətin imici üçün çox mürəkkəb və faydalı işdir. Mən uzun müddət ölkədən kənarda yaşayan adam kimi həyata keçirilən dəyişiklikləri izləmişəm, birinci xanımı nə dərəcədə genişmiqyaslı işlər gördüyünü başa düşürəm. Onun həmin dövlət postuna təyinatını ancaq alqışlamaq olar”, – Mütəllibov bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə