Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“WhatsApp”ın yeni funksiyası
“WhatsApp”ın yeni funksiyası
21 Fevral 2017 / 18:31 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4

“WhatsApp” mesencerində özü silinən ismarıclar funksiyası işə düşüb, bu funksiya kontaktın adının yanında olan statusları əvəz edəcək. 

Oxu.az xəbər verir ki, bu barədə “The Verge” yazır.

Yeni funksiya foto və video paylaşmağa imkan verir, bu foto və videoları mətn, şəkil və smayliklər ilə bəzəmək mümkündür. Yazı Status bölməsində görünür, istifadəçinin dostları bu yazını 24 saat ərzində görə bilərlər.

Bununla yanaşı, “WhatsApp”da yeni özü silinən ismarıclar funksiyasının özəllikləri mövcuddur, belə ki, istifadəçi dostlardan kimin bu statusu görə biləcəyini seçə bilər.

Artıq yaxın günlərdə yeni funksiya “Android”, “iOS” və “Windows Phone” platformalarında işə düşəcək.

Öz mesencerində “Snapchat”ın ən populyar funksiyalarından birini 1,2 milyardlıq auditoriya ilə realizə edən “Facebook Inc.” şirkəti “Snap Inc.”-i biznesi genişləndirmək üçün yeni yollar axtarmağa məcbur edir. “WhatsApp”ın yeniliyi “Snapchat”ın inkişafını ciddi şəkildə mane olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə