Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Natavan Mirvətova: “Bu haqda danışmaq istəmirəm” — MTN işi
Natavan Mirvətova: “Bu haqda danışmaq istəmirəm” — MTN işi
21 Fevral 2017 / 18:54 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, prosesdən sonra açıqlama verən vəkil İlham Əsədov deyib ki, vəsatətlərlə bağlı qərar elan edilib. Heç bir vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası fevralın 28-nə təyin edilib.

Təqsirləndirilən şəxslərdən Natavan Mirvətova jurnalistlərə açıqlama verməkdən imtina edib. Bildirib ki, ittiham barəsində danışmaq istəmir:”Xahiş edirəm, haqsız şeylər yazmayın. Mən sizə hörmət edirəm. Bu haqda danışmaq istəmirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə