Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Usubov Təhlükəsizlik Şurasının iclasına niyə qatılmadı?
Usubov Təhlükəsizlik Şurasının iclasına niyə qatılmadı?
21 Fevral 2017 / 23:42 / Baxış sayı: 1680
Font1 Font2 Font3 Font4

Daxili işlər naziri Ramil Usubov Almaniyaya gedib. “Qafqazinfo”ya Azərbaycanın Almaniyadakı səfirliyindən daxil olan məlumata görə, nazir bu gün Berlin şəhərində 20-ci Avropa Polis Konqresinin açılış mərasimində iştirak edib.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 20-ci Avropa Polis Konqresinin Almaniya Federativ Respublikasının Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər.

Xatırladaq ki, Ramil Usubov Almaniyada olduğu üçün bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında iştirak edə bilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə