Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər təmas xəttindəki yaşayış evini odladı VİDEO YENİLƏNİB
Ermənilər təmas xəttindəki yaşayış evini odladı VİDEO YENİLƏNİB
22 Fevral 2017 / 0:05 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub

Ermənistan silahlı birləşmələri Ağdamın cəbhə xətti yaxın yerləşən kəndlərini atəşə tutub.

İstiPress-in Qarabağ bürosunun verdiyi xəbərə görə,  qarşı tərəf yandırıcı güllələrdən də istifadə edib. Atılan güllələrdən bir neçəsi təmas xəttinə yaxın yerləşən Hacıməmmdəli kəndi ərazisindəki məcburi köçkünlərin təsərrüfatındakı ot tayasına dəyib. Təsərrüfat sahibi Nuridə Məmmədova sözlərinə görə 1500 tona yaxın ot yanıb.

Hadisə yerinə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun yaxınlıqdakı digər obyektlərə keçməsinin qarşısı alınıb.  Təmas xəttində sükutu isə Azərbaycan ordusunun cavab atəşindən sonra bərpa etmək mümkün olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə