Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nağdlaşdırmaya görə 1 faizlik vergi qanunsuzdur – 6 FAKT
Nağdlaşdırmaya görə 1 faizlik vergi qanunsuzdur – 6 FAKT
22 Fevral 2017 / 10:15 / Baxış sayı: 1100
Font1 Font2 Font3 Font4

Bankdan nağd qaydada pul vəsaitlərinin çıxarılmasına görə 1%-lik vergi tətbiqi qanunsuzdur.

arxiv.bizimxeber.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərin ümumilikdə müsbət tərəfləri olsa da, amma bəzi vergi tətbiqləri ölkə konstitusiyasına və qanunlara ziddir. O cümlədən, buna bank hesablarında nağdlaşdırmaya görə 1% vergi tutulmasını aid etmək olar. O bildirib ki, banklar buna qədər də nağdlaşdırmaya görə komissiya haqqı tuturdu.

Ə.Həsənov bildirib ki, banklar buna qədər də nağdlaşdırmaya görə 1% komissiya haqqı tuturdu. 1%-lik vergi isə əlavə olaraq tutulur və dövlət büdcəsinə köçürülür. Bu verginin tətbiqinin qanunsuz olması ilə bağlı hələ ötən ilin dekabr ayında müəyyən fikirlər ortalığa çıxmışdı. Amma heç kəs bunu əsaslandıra bilməmişdi:

“Mən bu məsələ ilə bağlı araşdırma apardım və bu qanun iqtisadi cəhətdən tamamilə əsassızdır, absurddur və qanunvericiliyə zidd olması ilə bağlı 6 fakt aşkarladım. Bununla bağlı artıq Vergilər Nazirliyinə də müraciət etmişəm və onlardan cavab gözləyirəm”.

       2.  Nağdlaşdırmaya görə 1%-lik vergi Konstitusiyaya ziddir

Ekspert bildirib ki, birincisi, bu vergi qanuna uyğun şəkildə müəyyən edilməyib. Belə ki, Konstitusiyanın 73-cü maddəsinə görə, qanunda qeyd edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək  hər bir kəsin borcudur. Həmin maddədə göstərilir ki, heç kim qanunla nəzərdə tutulmuş əsaslar olmadan  və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. İlk növbədə konstitusiyanın bu prinsipi pozulub.

Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən obyekt subyekt təsbit edildiyi halda vergi  müəyyən edilmiş hesab edilir. Bunlardan biri yoxdursa, qanunda nə yazılmağından aslı olmayaraq vergi yoxdur. Həmin maddəyə əsasən vergi ödəyicisi və vergitutma obyekti göstərilməlidir. Vergi Məcəlləsinin hər bir fəslində olduğu kimi sadələşdirilmiş vergi fəslində də verginin ödəyicisi, verginin obyekti, verginin dərəcəsi maddələri var. Amma 1%-lik vergi  Məcəllənin sadələşdirilmiş vergi fəslindəki vergi ödəyicisi maddəsində, vergi tutma obyekti maddəsində sadalanmayıb. Bu vergi yalnız fəslin vergi dərəcəsi maddəsində xatırlanır. Sadəcə deyilir ki,  hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş  vergi hesablanır. Amma vergi ödəyicisi maddəsində ödəyicilərin adı qeyd edilməyib. Dolayı yolla hesab olunur ki,  hüquqi şəxslər və fərdi sahibkarlar vergi ödəyiciləridir. Bununla yanaşı vergitutma obyekti də maddədə öz əksini tapmayıb. Bu vergi ən azı digər vergilərin müəyyənləşdirildiyi qaydada qeyd edilməyib. Belə olan halda bu da konstitusiyaya ziddir.

    2.  Qanunda ödəmə mənbəyində tutulmalar  sadələşdirilmiş vergiyə aid deyil

İkincisi, verginin ödəmə mənbəyindən tutulması  qanuna ziddir. Halbuki, 1%lik vergi məhz ödəmə mənbəyinə tətbiq edilir: “Yəni, mən pulu bankdan çıxarıb nağd şəkildə ödəmirəm. Pulu bank mənə ödəyəndə birbaşa vergi tutur. Bu da Vergi Məcəlləsinin yeni dəyişiklik edilən 150.1.12-ci maddəsində yer alıb. Bu maddənin yerləşdiyi fəsil fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olunan maddələr adlanır. Yəni, sadələşdirimiş vergi o fəslin predmeti deyil, orada bu vergidən söhbət gedə bilməz. Amma əksinə, daxil edilib”.

Digər tərəfdən, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən, vergi 3 formada tutula bilər- bilavasitə ödəmə mənbəyindən, bəyamnamə üzrə və bildiriş üzrə. Ekspert bildirib ki, bilavasitə ödəmə mənbəyindən vergi tutulması gəlir və mənfəət vergisinə aid edilib, orada sadələşdirilmiş verginin adı çəkilməyib. Nağdlaşdırmaya görə tətbiq edilən vergi isə hazırda ödəmə mənbəyində tətbiq edilir. Bu da qanunun özünə ziddir. Ə.Həsənov deyib ki, bununla bağlı Məcəllədə yenidən hansısa düzəlişlər aparıla bilər. Bununla belə dəyişiklər indiki dövrə deyil, qəbul edildikdən sonrakı müddətə aid edilə bilər.

3. Bu vergi ədalətsizdir

Üçüncü arqument isə ondan ibarətdir ki, bu vergi ədalətsizdir. Ekspert bildirib ki, Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər  və ədalətli olmasına əsaslanmalıdır. Amma nağdlaşdırmaya görə tətbiq edilən 1%-lik vergi bu prinsiplərə uyğun deyil.

Konstitusiyanın 19-cu maddəsinə əsasən, ölkədə pulu ancaq Mərkəzi Bank buraxır. Mərkəzi Bank da pulu banklara komisyon haqq müqabilində verir. Banklar da bunu nəzərə alaraq nağdlaşdırma zamanı komisyon haqq çıxırlar. Konstitusiyanın digər maddəsində qeyd edilir ki, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir. Deməli, banklar da öz növbəsində nağd pul çıxarılanda tutulan komisyon haqqdan Mərkəzi Banka ödəniş edir. Bu  o deməkdir ki, nağdlaşdırmaya görə, artıq bir dəfə dolayısı ilə dövlətə vergi verilib. Yenidən 1%-lik vergi tətbiqi o deməkdir ki, dövlət nağdlaşdırmaya görə 2 dəfə vergi tətbiq edir.

Ə.Həsənov əlavə edib ki, dövlət pul buraxmaqla onsuzda infilyasiyadan qazanır: “ Yəni, dolayısı ilə vətəndaşlardan gizli vergi alır. Cibimizdə olan pulun dəyəri aybaay düşür. Bununla belə, yenidən nağdlaşdırmaya görə vergi tutulur. Digər tərəfdən, pul dövlət atributlarından biridir. Və mənəvi baxımdan atributla alver etməyin özü də etikadan kənardır”.

4. Bu vergi diskriminasiya xarakterlidir

Nağdlaşdırmaya görə tətbiq edilən yeni vergi həm də diskriminasiya xarakterlidir. Vergi Məcəlləsinin 3.6-cı maddəsində bildirilir ki, vergilər siyasi, ideoloji, etnik və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə  müəyyən edilən və diskriminasiya xarakteri daşıya bilməz. Yəni, ödəyicilər arasında fərq qoymaqla vergi tutmaq olmaz. Bununla belə, fərdi sahibkardan nağdlaşdırmaya görə 1%-lik vergi tutulur, amma fiziki şəxslərə bu aid edilmir. Bu da vergi ödəyiciləri arasında fərq qoyulması deməkdir. Qanuna zidd olmaqla yanaşı, bu sahibkarı faəliyyətinə görə, əlavə vergi ilə cəzalandırılmaq anlamına gəlir. Halbuki, dövlət sahibkarlığa dəstəyin artırıldığını, onlara dəstək göstərilməsini qabardır.

5. Eyni vergi sahibkardan iki dəfə tutur

Hər bir fərdi sahibkar rüb ərzində bir dəfə Bakıda fəaliyyət göstərirsə 4%, paytaxdan kənarda isə 2% sadələşdirilmiş vergi ödəyir. Vergi Məcəlləsinin 3.5 maddəsində də bildirilir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən, gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Reallıq isə ondan ibarətdir ki, sahibkar eyni gəlirinə görə 2 dəfə vergiyə cəb edilir. Yəni, həm 4%-lik vergi, həm də nağdlaşdırmaya görə tətbiq edilən 1%-lik vergi sadələşdirilmiş vergidir. Bunun özü də qanuna zidd məqamlardan biridir.

6.  İqtisadi əsaslandırılması yoxdur

Və nəhayət sonuncu fakt isə ondan ibarətdir ki, nağdlaşdırmaya görə vergi tətbiqinin iqtisadi əsasladırması yoxdur. Ə.Həsənov deyib ki, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Bəs iqtisadi əsaslandırma necə ola bilər? Vergi obyekti gəlirdir, ya vətəndaşın xərcindən tutulur, ya da əmlak vergisidir. Yəni, istənilən şəxs bu 3 növ üzrə vergiyə cəlb edilə bilər. Bu da yeni tətbiq edilən  1%-lik verginin həm də iqtisadi cəhətdən əsassız olduğunu göstərir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə