Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BMT-nin baş katibi Qarabağ çağırışı etdi
BMT-nin baş katibi Qarabağ çağırışı etdi
22 Fevral 2017 / 10:34 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4

“Sülh sazişi imzalanana qədər zorakılıq riski qalacaq”

BMT-nin baş katibi Antonio Quterriş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri gücləndirməyə çağırıb.

İstiPress xəbər verir ki, bu barədə Quterriş Avropada münaqişələrin həll olunmasına həsr edilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar göstərir ki, Avropa yeni münaqişə ocaqlarından sığortalanmayıb.

Baş katib qeyd edib ki, Avropadakı münaqişələrə aid tez-tez işlənən “dondurulmuş münaqişə” termini yalnışdır: “Sülh sazişləri imzalanıb reallaşdırılmayana qədər zorakılığın bərpa olunması riski qalacaq. Biz keçən ilin aprelində Cənubi Qafqazda, Dağlıq Qarabağda bunun şahidi olduq”.

BMT baş katibi, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət BMT Nizamnaməsinə uyğun olaraq sülhün qorunub saxlanması üzrə kollektiv yanaşmanı gücləndirməlidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə