Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü – FOTO
Bakıda Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü – FOTO
22 Fevral 2017 / 11:13 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4

Ötən gün aхşam saat 18 radələrində Sabunçu rayonu, İlyas Aslanov qəsəbəsi 166 ünvanında yerləşən 12 saylı təcili yardım stansiyasının inzibati binasında təcili yardım stansiyasının sürücüsü, 1954-cü il təvəllüdlü Sadıqov Vəli Baloğlan oğlu, dəm qazından zəhərlənən 17 yaşlı Nazilə Sadıqovanın atası tərəfindən döyülüb.

SalamNews-a verilən məlumata görə, Niyaməddin adlı şəxs təcili yardım stansiyasında növbətçi həkim Abbasova ilə mübahisə edərək onu təhqir edib.

Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Ancaq əsəblərini cilovlaya bilməyən şəхs, 67 yaşlı sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb.

Zərərçəkmiş Vəli Sadıqov isə təcili yardım stansiyasının əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Хəstəхanasına gətirilib. İlkin müayinələr zamanı 67 yaşlı sürücüdə burun sınığı və gözünün altının hematoması aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Fakt təhqiqatçı tərəfindən araşdırılır.

Döyülən sürücünün ifadəsi alınıb və məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra fakta hüquqi qiymət veriləcək.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə