Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Almaniya zirehli texnikası Rusiya sərhədlərinə doğru irəliləyir
Almaniya zirehli texnikası Rusiya sərhədlərinə doğru irəliləyir
22 Fevral 2017 / 11:35 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4

Almaniyanın Müdafiə Nazirliyi Rusiyadan qaynaqlanan təhdidlərə qarşı Litvaya zirehli texnika göndərir.

Virtualaz.org “Der Spiegel”ə istinadən xəbər verir ki, ötən gün fevralın 21-də ABŞ-ın Almaniyanın Bavariya əyalətindəki hərbi bazasında 20 “Marder” zirehli transportyoru dəmir yol platformalarına yüklənib və Baltik respublikasına doğru istiqamət alıb. Bundan bir gün əvvəl isə 6 “Leopard-2” tankı Litvaya yola salınmışdı. Məlumata görə yanvarın ortalarından başlayaraq Litvaya 120 konteyner və 200 zirehli maşın yola salınıb. Litvada cəmi 450 alman hərbçisi yerləşdirmək nəzərdə tutulur. Hazırda hərbçilərn 300-ü regiondadır. Qalanları bu həftə yola salınacaq.

Almaniya Bundesveri Litvada Rusiya təhdidinə qarşı yerləşdirilmiş batalyona komandanlıq edir. NATO-nun Baltik regionunda hərbi iştirakını gücləndirməsi Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqində separatçı rejimlər yaratmasından sonra başlayıb. Plana görə NATO Baltik respublikalarında və Polşada hərəsində bir batalyon olmaqla cəmi 4 minə qədər hərbçi yerləşdirəcək. Bu, soyuq müharibənin başa çatmasından sonra alyansın ən irimiqyaslı hərbi dislokasiyasıdır. Lakin analitiklərə görə NATO-nun regionda yerləşdirəcəyi bir neçə batalyon və bir neçə yüz hərbi texnika Rusiyanın Kalininqrad regionuna cəmləşdirdiyi 150 minlik hərbi kontintent, minlərlə hərbi texnika və raketlərlə müqayisədə ciddi qüvvə hesab edilməz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə