Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dolların gələcək taleyi bu axşam bilinəcək
Dolların gələcək taleyi bu axşam bilinəcək
22 Fevral 2017 / 12:01 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4

ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokollarının bu gün, fevralın 22-də axşam saatlarında açıqlanması gözlənilir. 

“Report” xəbər verir ki, protokollarda investorlar tərəfindən FED-in uçot dərəcəsinin artırması planlarını gücləndirməsi və ya bir qədər yumşaltması siqnalları araşdırılıb təhlil ediləcək. Nəticəyə əsasən, ABŞ dollarının daha da möhkəmlənməsi və ya ucuzlaşması gözlənilir.

Xatırladaq ki, fevralın 20-də Klivlendin FED rəhbəri Loretta Mester cari iqtisadi göstəricilərin artım tempinin davam edəcəyi halda mart ayındakı iclasda uçot dərəcəsinin artırılmasına dəstək verəcəyini bildirib. Bundan sonra dollar əsas valyutalarla müqayisədə möhkəmlənib. Belə ki, avronun məzənnəsi 1,1% azalaraq 1,0637 USD/EUR-dan 1,0520 USD/EUR-a düşüb. Bununla yanaşı, Filadelfiyanın FED rəhbəri Patrik Xarker də inflyasiyanın sürətlənməsi və istehsalın güclənməsi durumunda mart iclasında uçot dərəcəsinin artırılması zərurətini bildirib. Xatırladaq ki, FED-in növbəti iclası martın 14-15-də keçiriləcək.

“Report”un analitik qrupu bildirir ki, dolların güclənməsinə həmçinin Fransada prezidentliyə namizəd Marin Le Penin prezident seçkilərində lider mövqeyinə yüksəlməsi səbəb olub. Belə ki, Marin Le Pen Avropa İttifaqı və avro ilə bağlı davamlı olaraq mənfi fikirlər səsləndirir. Bu da öz növbəsində avronun mövqelərini zəiflədərək dolları gücləndirir. Analitik qrup FED-in mart iclasına qədər USD/EUR məzənnəsinin 1,04 səviyyəsinə yaxınlaşacağı, uçot dərəcəsinin mümkün artımından sonra isə dolların bir qədər ucuzlaşacağı, lakin Fransadakı 23 aprel – prezident seçkilərinə qədər güclü mövqeyini qoruyacağı ehtimal edilir. Ümumiyyətlə, il ərzində avro/dollar cütlüyünün əsasən 1,04-1,08 USD/EUR diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə