Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çudo Peçka” tamamilə çökür – Maaşları kim verəcək?
“Çudo Peçka” tamamilə çökür – Maaşları kim verəcək?
22 Fevral 2017 / 12:06 / Baxış sayı: 628
Font1 Font2 Font3 Font4

Bir zaman qənnadı məhsulları və “fast-fud” üzrə Azərbaycandakı ən geniş şəbəkə olan “Çudo Peçka” mağazalarının artıq cəmi bir filialı- Ağa Nemətulla küçəsindəki fəaliyyət göstərir.

“Qafqazinfo” xəbər verir ki, belə olduğu təqdirdə şirkətin xeyli əməkdaşı işsiz qalıb. Onlar 8 aydan çoxdur ki, maaşlarını da ala bilmirlər. 2009-cu ildən Binəqədi rayonu, Cəfər Xəndan 36 A küçəsində yerləşən “Çudo peçka” mağazasında çalışan İmran Rzayev də aylardır maaşını ala bilməyənlərdəndir. Redaksiyamıza dəfələrlə müraciət edən İ.Rzayev heç bir qurumun onlara kömək etmədiyini, çox çətin vəziyyətdə qaldığını bildirib:

“Artıq bilmirik nə edək. 700-dən çox işçiyik, müraciət etmədiyimiz yer qalmayıb. Baş ofis Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə bağlanıb. Şirkətin rəhbəri Anar Cəlilovu heç kim tapa bilmir. İş məhkəmədədir, ancaq məhkəmənin də necə getməsi sual altındadır. Çox çarəsiz vəziyyətdə qalmışıq”.

“Qafqazinfo” olaraq bir neçə gündür, şirkətlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Saytda göstərilən nömrələrin heç biri cavab vermir.

Qeyd edək ki, şirkət son aylarda ciddi maliyyə sıxıntısı yaşayır və bu ay “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə