Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vidadi Zeynalov: “Vurduğum ziyanı ödəmək istəyirəm, evlərimi satın” – YENİLƏNİB
Vidadi Zeynalov: “Vurduğum ziyanı ödəmək istəyirəm, evlərimi satın” – YENİLƏNİB
22 Fevral 2017 / 15:14 / Baxış sayı: 1566
Font1 Font2 Font3 Font4

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam edib.

Lent.az-ın məlumatına görə, günün ikinci yarısında da sənədlərin tədqiqqi davam etdirilib.

Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin edilib.

***

12:48

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rafiq Babayev dindirilib.

Şahid “Kompas” MMC-də çalışdığını bildirib: “Namazalı müəllimin şirkəti ilə müəyyən işlərimiz olub.  Mən firmada pul məsələrinə baxırdım. Tikinti materialları alınıb-satılıb. Pullar bank vasitəsi ödənilirdi”.

Bu zaman Namazalı Məmmədov etiraz edib ki,  şahid düzgün danışmır: “Həmin şirkətlə bizim heç bir əlaqəmiz olmayıb”.

Həbsdə olan “Aztelekom”MMC-in sabiq baş direktoru Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev məhkəməyə yalnız bir şahid çağırılmasına kəskin etiraz edib.  “Bir şahidə görə bu qədər məhkəməni niyə qurursunuz? Niyə gəlib gedirik? Axı şahidlər məcburi qaydada niyə məhkəməyə gətirilmir?”.

Hakim Əfqan Hacıyev isə vəkilə sərt cavab verib: “Qışqırma. Otur yerinə. İstəmirsənsə, məhkəməyə gəlmə”.

Bundan sonra məhkəmə heyəti Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Hakim bildirib ki,  əgər Vidadi Zeynalov ifadə vermirsə, sənədlərin tədqiqi mərhələsinə keçilsin.

Bu zaman Vidadi Zeynalovun vəkilləri buna etiraz edib. Onlar bildiriblər ki, Maliyyə Nazirliyinin ekspertləri məhkəməyə gələndən və məsələlər aydınlaşandan sonra sonra Vidadi Zeynalov ifadə verəcək.

Hakim bildirib ki, onlar Vidadi Zeynalovun ifadəsini hələ elan etmir: “Məhkəmə istintaqı başa çatana qədər biz Vidadi Zeynalovun ifadə verməsini gözləyik. Amma indi sənədlərin tədqiqi mərhələsini keçirik”.

Bundan başqa, Vidadi Zeynalovun vəkilləri işlə bağlı mühəndis ekspertizasının keçirilməsini tələb ediblər: “İstintaq zamanı Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və digər aidiyyatı qurumlar tərəfindən aparılan yoxlamalardan sonra hazırlanan aktlarda ziddiyyətlər var. Bu da qərəzli şəkildə hazırlanıb. Mən xahiş edirəm ki, həmin yoxlamaların nəticələri ilə bağlı verilən rəylər məhkəmədə araşdırılsın”.

Vəkil həmçinin vəsatətində qeyd edib ki, Maliyyə Nazirliyinin ekspertləri qiymətləri şişirdib: “Həmin dövrdə dolların manata olan nisbətdə xeyli ucuz idi. Amma rəylərdə günün məzənnəsi ilə hesablanıb. Bu da rəqəmlərin  şişirdilməsinə gətirib çıxarılıb”.

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov vəsatət verərək istintaq dövründə müdafiə etdiyi şəxsin əmlaklarına qoyulan həbslə bağlı vəsatət verib: “Biz həmin əmlakların bəzilərini məhkəmə yolu ilə sataraq qəbul etdiyimiz qədəri ziyanı ödəməyə hazırıq. Dövlətə olan ziyanı ödəmək istəyirik. İki mənzili sizə təqdim edirik. Həmin mənzillərdən həbsi götürün, real alıcısı var, biz də maddi ziyanı ödəyək”.

Xatırlatma verək ki, Vidadi Zeynalovun 67 əmlakına həbs qoyulub. Onların ümumi dəyəri 43 milyon manatdır.

Beytulla Hüseynovun da vəkili müvəkkilin də əmlaklarının üzərində həbs götürülməsini istəyib.

Hakim bildirib ki, vəsatətlər iş materiallına əlavə edilib: “Yalnız onları müzakirəsini sənədlərin tədqiqindən sonra olacaq”.

Bundan sonra dindirilməyən şahidlərin istintaqa verdiyi ifadələr elan edilmiş sayılıb.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə keçirilib.

Məhkəmədə fasilə elan edilib.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə