Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsgərlərin pulunu “yeyən” komandir: “Vətənə xəyanət etməmişəm ki…” – VİDEO
Əsgərlərin pulunu “yeyən” komandir: “Vətənə xəyanət etməmişəm ki…” – VİDEO
22 Fevral 2017 / 13:07 / Baxış sayı: 1338
Font1 Font2 Font3 Font4

“5-10 manat rüşvətə görə 8 il yarım cəza aldım”.

ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhkum hərbçinin etirafları təqdim olunub.

Elnur Alıyev (cəzası – 8 il 6 ay): “Baş leytenant idim. Böyük qardaşım şəhid oldu. Sonra hərbini seçdim. 2004-2005-ci illərdə ermənilərlə üzbəüz döyüşmüşəm. Sonra bölük komandiri vəzifəsinə təyin olunmuşam. 2005-ci ildə hərbi hissədə tikinti işləri gedirdi. Mən və əsgərlərim də tikintidə iştirak edirdik. Onların məvaciblərini də alıb götürürdüm. Hər ay onların pulunu alırdım. Əsgərin birinə əl qaldırmışdım, vurmuşdum. Həmin əsgər Sumqayıtda yaşayırdı. Həmin əsgərin məclisi olanda orada bir prokuror da iştirak edib. Əsgər də bu məsələni danışanda prokuror bunu eşidib. Məsələnin dərininə gedib. Bu məsələdə zərərçəkən əsgərləri araşdırıb, danışdırıb, məni cəzalandırdılar. Mənə bu ağır gəlir.

Xalqımı çox sevirəm. Lazım olarsa, işğal olunmuş torpaqlarımızın azad olunması üçün əlimə silah alıb döyüşməyə hazıram. 8 il təhsil almışam, bu qədər xidmət etmişəm. Mənə toxunan odur ki, ölüm yox, narkotik yox, vətənə xəyanət yox, silah-sursat alveri yox, 5-10 manat rüşvətə görə 8 il yarım mənə cəza verdilər. Tək peşman olduğum – 8 il aldığım təhsildir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə