Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək
Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək
22 Fevral 2017 / 13:34 / Baxış sayı: 1238
Font1 Font2 Font3 Font4
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva bu gün Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.
Mövcud qanunverciliyə əsasən icraedici orqanda fəaliyyət göstərən şəxslər qanunverici orqanda təmsil oluna bilməzlər. Bu səbəbdən Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir.
arxiv.bizimxeber.az xəbər verir ki, “qafqazinfo” məsələ ilə bağlı parlamentin hüquq komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, Mehriban Əliyeva daha yüksək vəzifəyə təyinat alıb və o, bundan sonra fəaliyyətini icraedici orqanda davam etdirəcək.
Onun sözlərinə görə, əvvəllər də belə təcrübələr mövcud olub. Qanunverici orqanda təmsil olunan şəxslər icraediciyə təyinat alanda əvvəlki vəzifələrinə xitam verilir. Bu prosedur MSK-da keçirilən iclasla da protokollaşdırılır:
“Əvvəllər Mehriban Əliyeva bir dairəni təmsil edirdisə, indi bütün Azərbaycanı təmsil etmək hüququna malikdir”.
Qeyd edək ki, Mehriban Əliyeva 4 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdi.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə