Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxacaq
22 Fevral 2017 / 14:01 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

“Azərbaycan və Türkiyə üçüncü ölkələrin bazarına birgə çıxmaq niyyətindədir”.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin bu gün Bakıda keçirilən VIII iclasında bildirib.

“Azərbaycanın Rusiya və Mərkəzi Asiya bazarlarına, Türkiyənin isə Avropa və Balkan yarımadası ölkələrinə çıxışı var. Bu məsələ bugünkü iclasda müzakirə ediləcək.

Hesab edirəm ki, iki ölkə olaraq kənd təsərrüfatı sahəsində bu istiqamətdə ciddi işlər həyata keçirməliyik”, – deyə İ.Quliyev əlavə edib.

İ.Quliyev qeyd edib ki, sabah Azərbaycan və Türkiyə iş adamlarının Bakıda iştirak edəcəyi biznes forumun keçirilməsinin məqsədi iki ölkənin birgə əməkdaşlığı, birgə müəssisələrinin yaradılması, idxal-ixrac əməliyyatlarının artırılması, habelə təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Türkiyənin Avropa İttifaqı və Xarici Əlaqələr İdarəsinin rəisi Əli Rəcəb Nazlı bildirib ki, Azərbaycan-Türkiyə biznes-forumu mövcud ikitərəfli münasibətlərin, ticarət əlaqələrinin, habelə texniki yardım və dəstəyin daha da artmasına təkan verəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə