Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Generalın yaxın qohumu: “Mənzili Çovdarovun hədə-qorxusu ilə…..”
Generalın yaxın qohumu: “Mənzili Çovdarovun hədə-qorxusu ilə…..”
22 Fevral 2017 / 14:04 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Məhkəmə prosesi “Yeni Yasamal”MTK epizodu üzrə davam edib.

Xatırladaq ki, epizodda həmin MTK rəhbəri Cahangir Alışov istintaq ifadəsində Çovdarov və onu  dəstəsinin ondan 500 min dollar tələb etdiyini və hədə-qorxu ilə 350 min dollar verdiyini bildirib.

Prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edərək bildirib ki, “Yeni Yasamal” MTK-ın rəhbəri Cahangir Alışov barəsində  KİV-də dələduzluq faktı ilə bağlı yazılar çap olunub və həmin yazıları məhkəməyə təqdim elədik: “Məhkəmədən xahiş etdik ki, hökm çıxarılan zaman Cahangir Alışovun xarakterizə olunan məlumat kimi qeyd edilsin”.

Vəsatət təmin edilib.

Bundan sonra həmin  epizod üzrə şahid qismində Cəfər Cəfərzadə ifadə verib. O, bildirib ki, Cahangir Alışov Mehdiyev adlı şəxsdən mənzil alıb:” Cahangir həmin mənzili Akif Çovdarova və Nurxan müəllimə göstərilib. Əvəzində isə Alışov həmin şəxsə Karvansaray Ticarət Mərkəzində iki ədəd mağaza verib”.

Vəkil həmçinin qeyd edib ki, Cahangir Alışov şahidin ifadəsini təsdiq edib: “Bizdə onun yadına saldıq ki, istintaq vaxtı  6 evi və bir yaşayış sahəsinin 3 ədədi 157 min manata satıb və həmin pula 130 kv ev alıb”.

Cahangir Alışov istintaqa verdiyi ifadəni təkzib edib və şahidin dediklərini təsdiqləyib.

Daha sonra şahid qismində Təranə Əmircanova dindirilib. O, Akif Çovdarovun kürəkinin bacısı olduğunu deyib:””Yüksəliş Ç”-dən dəyərini verməklə ev  almışıq. Həmin mənzili qardaşım mənə göstərdi. Xoşuma gəldi, pulu qardaşıma verdim. Daha sonra firmadan Samir adlı şəxs gəldi. Hazır müqavilə gətirdi imzaladıq, iki gündən sonra ödəmə qəbzini də verdi. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Həmin mənzili pulunu ödəmişəm. Evi Akif Çovdarovun hədə-qorxusu ilə deyil, öz istəyimizlə almışıq”.

Bundan sonra şahid qismində Faiq Mahmudov ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə