Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının mərkəzində böyük təhlükə: körpü uçmaq üzrədir – FOTOLAR
Bakının mərkəzində böyük təhlükə: körpü uçmaq üzrədir – FOTOLAR
22 Fevral 2017 / 14:16 / Baxış sayı: 1844
Font1 Font2 Font3 Font4
Mərkəzi Neftçilər Xəstəxanasından “28 May” küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.
arxiv.bizimxeber.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, sözügedən körpü sovet dönəmində inşa olunub.
Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb. Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib. “İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər belə deyib.
Sakinlər körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər. Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.
Məsələyə əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.
 
arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə