Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda maraqlı hadisə: polis əməliyyat keçirib biznesmeni xilas etdi
Azərbaycanda maraqlı hadisə: polis əməliyyat keçirib biznesmeni xilas etdi
22 Fevral 2017 / 14:42 / Baxış sayı: 784
Font1 Font2 Font3 Font4

Xaçmaz rayonunda ölümlə hədələnən şəxs polis tərəfindən xilas edilib. Lent.az xəbər verir ki, Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən “Qızıl Tac” mağazasının sahibi Ehtiram İslamov üzləşdiyi cinayət əməli ilə bağlı mağazadakı siqnalizasiya sistemi vasitəsi ilə polisə məlumat verib.

Belə ki, iş adamının tanışları – Orucov Dövlət Əlibaxış oğlu və İlyasov Əli İlyas oğlu ilə pul məsələsinə dair mübahisəsi yaranıb. E.İslamov xuliqanlıq zəminində döyülüb və bıçaqla öldürməklə hədələndiyini gördükdə siqnalizasiya vasitəsi ilə mühafizə polisinə müraciət edib.

Dərhal əraziyə polis cəlb edilib və Ə.İlyasov saxlanılıb. D.Orucov isə hadisə yerindən qaçıb. Xaçmaz RPŞ-nin və Mühafizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində D.Orucov da tutulub.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə