Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada Lavrovla Nalbandyan arasında görüş keçirilib
Moskvada Lavrovla Nalbandyan arasında görüş keçirilib
22 Fevral 2017 / 14:53 / Baxış sayı: 538
Font1 Font2 Font3 Font4

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdən öncə Rusiya XİN-in iqamətgahında Rusiya-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb.

Sərgidə nazirlər çıxış edib.

Daha sonra xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb.

S. Lavrov Ermənistanın Rusiyanın müttəfiqi və strateji tərəfdaşı olduğunu, görüşün məhsuldar keçəcəyini deyib. E. Nalbandyan isə iki ölkə arasında münasibətlər, eyni zamanda hərbi və hərbi texniki sahədə əməkdaşlığa dair müzakirələrin aparılacağını deyib.

Nazir Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığa dair vacib məsələlərin də müzakirə mövzusu olacağını açıqlayıb.

Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Nazirlər görüşün protokol hissəsindəki çıxışlarında Dağlıq Qarabağ münaqişəsinə toxunmayıblar.

moskvada lavrovla nalbandyan arasinda gorus kecirilib

moskvada lavrovla nalbandyan arasinda gorus kecirilib

moskvada lavrovla nalbandyan arasinda gorus kecirilib

moskvada lavrovla nalbandyan arasinda gorus kecirilib

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə