Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sağlamlıq imkanları məhdud tələbələr təhsil haqqından azad edildi
Sağlamlıq imkanları məhdud tələbələr təhsil haqqından azad edildi
22 Fevral 2017 / 14:54 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2-ci qrup əlil) tələbələri təhsil haqqından azad edib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov şəxsi “Facebook” səhifəsində yazıb.

O bildirib ki, nazirlik təqdim etdiyi 15-ə yaxın tələbəni təhsil haqqından azad edib: “Uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə yaxından məşğul. Təmannasız olaraq ali məktəblərə hazırladığım abituriyentlər yüksək ballarla dövlət və özəl ali məktəblərə qəbul olublar. Xatırlayırsızsa, onların təhsil haqqını ödəyə bilməməsi və işlə təmin olunması ilə bağlı məsələni gündəmə gətirdim. Bu zaman hörmətli millət vəkili Qənirə Paşayeva məsələni diqqətdə saxladı. Təhsil Nazirliyi, başda Nazir Mikayıl Cabbarov olmaqla həssaslıqla yanaşıb işlə təmin olunma problemini qısa müddətdə aradan qaldırdılar.

Bu gün Təhsil Nazirliyi daha böyük bir addım atdı. Hörmətli millət vəkili Qənirə xanım bir müddət əvvəl məndən sağlamlıq imkanları məhdud olan şagirdlərimin siyahısını istədi. Mən də 15-ə yaxın hazırda təhsil alan tələbələrin (bunlardan əlavə 7-si bitirib) siyahısını təqdim etdim. Onların arasında dövlət universiteti ilə yanaşı özəl universitetdə təhsil alan tələbələrdə var idi.

Bu gün həmin tələbələri oxuduqları universitetlərin rəhbərlikləri dəvət edib və onların hər birinə təhsil haqlarının Təhsil Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı ödəniş qəbzləri təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud (1 və 2ci qrup əlil) tələbələri təhsil haqqından azad edib”.

Ekspert bildirib ki, belə bir hal tələbələrə böyük stimul verib: “Nazir Mikayıl Cabbarov, millət vəkili Qənirə xanım çox sağ olsun. Bu tələblərə böyük stimul verdi. Onları sevindirdiyiniz üçün həm öz adımdan, həm də tələbələr adından təşəkkür edirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə