Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda neçə vitse-prezident olacaq?
Azərbaycanda neçə vitse-prezident olacaq?
22 Fevral 2017 / 15:23 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktında vitse-prezident postunun yaradılması ilə bağlı müddəa əksini tapıb. Ancaq bu vəzifəyə neçə nəfərin təyin ediləcəyinə dair dəqiq say göstərilməyib. Bu isə neçə nəfərin vitse-prezident təyin ediləcəyi barədə müzakirələr yaradıb. 

Siyasi idarəetmədə yeni yaranan vitse-prezidentlik institutunda artıq ilk təyinat var. Mehriban Əliyeva prezidentin sərəncamı ilə birinci vitse-prezident təyin edilib. Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi qanuniləşdirilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Cebhe.info-ya bildirib ki, vitse-prezidentlərlə bağlı dəqiq say göstərilməyibsə, həmin dəyişikliklərin məqsədinə uyğunolaraq dövlət idarəetməsi üçün bir neçə vitse-prezident təyinatı ola bilər: “Bu, prezidentin zəruri hesab etdiyi sahələrdən asılıdır. Hesab edirəm ki, uzağı iki vitse-prezidentin olması məqsədəuyğundur. Amma bu, o demək deyil ki, vitse-prezidentlərin sayı çox ola bilməz. Bu, prezidentin səlahiyyətində olan bir məsələdir. Məsələn, Qarabağ məsələləri, ayrı-ayrı muxtar qurumlar üzrə vitse-prezident təyin edə bilər. Sırf iqtisadi-siyasi islahatlar üzrə vitse-prezident təyinatı da ola bilər. Bu, vitse-prezidentlik institutunun təyinatı və xarakterindən asılıdır. Sayın göstərilməməsi o demək deyil ki, vitse-prezidentlər çox ola bilər. Uğurlu variant kimi birinci vitse-prezident və daha iki vitse-prezident təyinatı mümkündür”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan o qədər də böyük ölkə olmadığından görüləcək işlər də o qədər çox deyil: “Ötən proseslər də göstərdi ki, icra hakimiyyətlərində daha geniş strukturların yaradılmasına ehtiyac yoxdur. O cümlədən, idarəetmədə struktur islahatları aparılır.  Fikrimcə, vitse-prezidentlərin sayı da ikidən çox olmayacaq. Ola bilsin ki, prezident vitse-prezidenti heç təyin etməsin, bunu zəruri hesab etməsin. Bu, onun hüququdur”.
Hafiz Həsənov qeyd edib ki, vitse-prezident institutunda dünya təcrübəsinə əsaslanmaq düzgün deyil: “Bu günə qədər  Azərbaycanda vitse-prezidentlik institutu olmamışdı. Bu, o demək deyil ki, Azərbaycanda həmin institut yox idi deyə problem vardı. Məsələn, Türkiyədə gedən proseslər onu göstərir ki, üç hakimiyyət budağından daha çox icra hakimiyyətinin səlahiyyətlərinin müəyyən qədər genişləndirilməsi tendensiyası var. Ola bilər bu da qlobal dünyada gedən proseslərlə bağlıdır. Ümumiyyətlə, vitse-prezidentlik institutu prezidentli respublikalar üçün xarakterikdir. Qazaxıstanı götürsək, görərik ki, orada bu proseslərin əksi gedir. Yəni, daha çox icra hakimiyyətindən səlahiyyətlər götürülərək, qanunverici hakimiyyətə və ya məhkəmə hakimiyyətinə verilir. Bu, ölkənin xarakterindən , gedən qlobal proseslərə münasibətindən asılıdır. Bu məsələdə mövcud şərait, siyasi, iqtisadi, qlobal, beynəlxalq məsələlər nəzərə alınır və səmərəli idarəetmə üçün vacib hesab olunan strukturlar yaradılır”.
Qeyd edək ki, Konstitusiya dəyişikliklərinə görə, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ehtiyac yaranarsa, prezidenti vəzifədə əvvəl qüvvədə olduğu kimi baş nazir yox, vitse-prezidentlər əvəzləcəyəcəklər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək.
Hər hansı səbəbdən Birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək. Vitse-prezident də bu vəzifəni hər hansı səbəbdən icra edə bilmədikdə, bu səlahiyyət baş nazirə həvalə edilir. Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib. Bu maddəyə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə