Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Usubov Vidadi Zeynalovun rəis qohumunu işdən qovub – Polkovnik hara qaçıb?
Usubov Vidadi Zeynalovun rəis qohumunu işdən qovub – Polkovnik hara qaçıb?
22 Fevral 2017 / 15:26 / Baxış sayı: 1102
Font1 Font2 Font3 Font4

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun vəzifədə işləyən qohumları, işbirliyində olduğu şəxslərin bir qismi görəvdən alınır.

Bakupost.az xəbər verir ki, belə şəxslərdən bir də Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyevdi. O, ötən ilin sentyabr ayında vəzifəsindən azad olunub. Həmin vaxt onun təqaüdə göndərildiyi deyilsə də, əslində, polkovnikin Daxili İşlər Orqanlarından xaric edildiyi məlum olub. İddia olunur ki, buna səbəb “Rabitə işi”ndə istintaq zamanı Vidadi Zeynalovun qacısı qızının əri olan polis rəisinin də bəzi məqamlarda adının keçməsi olub. Məlum olub ki, Vidadi Zeynalovun cinayət əməllərində rəisin, daha çox isə onun ailə üzvlərinin, yaxın adamlarının payı olub. Aparat rəhbəri öz imkanlarından istifadə edərək, qohumlarını vacib postlara yerləşdirib və müəyyən əməliyyatları onların adıyla həyata keçirib.

Elə buna görə də, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cəmi bir il əvvəl – 2015-ci ilin yanvarında təyin etdiyi rəisi dərhal DİN-dən qovub. Məlumata görə, bundan qorxuya düşən rəis ailəsini də götürüb Türkiyəyə qaçıb. Hazırda da xarici ölkələrin birində yaşadığı deyilən keçmiş rəisin bizneslə məşğul olduğu barədə məlumatlar var.

Mübariz Mehreliyev “Rabitə işi”ndə Zeynalovun ən yaxın qohumu kimi adı keçən, milyarder məmur, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyevin qardaşıdır. Maraqlıdır ki, haqqında dəfələrlə külli miqdarda dövlət əmlakını mənimsəməsi barədə faktların yayılmasına, hətta məhkəməyə verilməsinə və “Rabitə işi”ndə adının keçməsinə baxmayaraq, şəhər meri Hacbala Abutalıbov onu vəzifədə saxlayır.

Qeyd edək ki, V.Zeynalov nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməkdə ittiham olunur.

O, 2015-ci ilin noyabrında Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə həbs olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə