Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərib
Oqtay Əsədov Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərib
22 Fevral 2017 / 16:54 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

Milli Məclisin sədri Oqtay Əsədov Mehriban Əliyevaya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Milli Məclisin adından göndərilən təbrik məktubunda deyilir:

“Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!

Dövlətimizin başçısı cənab İlham Əliyevin bu qərarı xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə qarşılanıb. Çünki Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyiniz dəyərli işlər, geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların dərin inamını, hörmət və məhəbbətini qazandırıb.

Biz bu cür yüksək dövləti vəzifədə öz həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk. Parlamentin fəaliyyətinə Sizin verdiyiniz töhfələr, xüsusən qanunvericilik təşəbbüsü hüququnuzdan səmərəli istifadə edərək on minlərlə insanı yenidən azadlığa qovuşdurmağınız Milli Məclisin tarixində və xalqımızın yaddaşında həmişəlik qalacaq.

Müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. İnanırıq ki, Sizə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləriniz, təşkilatçılıq qabiliyyətiniz dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməyinizə kömək göstərəcək.

Hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə