Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Məclis abortlara qadağa qoymağa hazırlaşır 
Milli Məclis abortlara qadağa qoymağa hazırlaşır 
22 Fevral 2017 / 17:10 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

“Səhiyyə Komitəsi olaraq reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsini artıq hazırlamışıq və Milli Məclisin yaz sessiyasının iş planına daxil etmişik”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, həmin layihəyə əsasən, həm uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılması, həm də selektiv abortların aparılması qadağan olunur: “Bu qadağaları pozanlara qarşı isə həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq olunur. Əgər ananın və yaxud da dölün səhhətində ciddi problemlər və xəstəliklər yoxdursa, belə müayinələrin və əməliyyatın aparılmasına qadağa qoyulur”.

O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və… Onun sözlərinə görə, uşağın dəqiq cinsi 12-ci həftədə bilinir: “Qanun layihəsində 12-ci həftədən sonra abortun aparılmasına da qadağa qoyulur. Buna sosial abortlar deyilir. Ailənin ərizəsi, müraciəti əsasında bu abortlar aparıla bilər. Amma artıq biz buna da qadağa qoyuruq. Belə abortların aparılmasına isə yalnız əməliyyatı aparan həkim deyil, bir konsilium qərar verə bilər”.

Millət vəkilin fikrincə, tək inzibati, hüquqi qaydada qadağalar problemi həll edə bilməyəcək: “Burada mədəniyyətin yüksəlməsi, maarifləndirmənin artması, o cümlədən dini sahədə savadlı təbliğatın aparılması çox vacibdir. Birinci yol qanunda qadağanın qoyulmasıdır. İkinci yol valideynlər arasında maarifləndirmə işinin genişləndirilməsidir ki, gəlib həkimləri bu işə sövq etməsinlər. Digər bir yol dini təbliğatın aparılmasıdır.

Çünki bütün dinlər, o cümlədən İslam dini ümumiyyətlə abort aparılmasını qadağan edir və bunu insan qəsdinə bir fərman kimi qiymətləndirir. Bu üç istiqamətdə işlər aparılarsa, bunun qarşısını almaq olar”.

Onun sözlərinə görə, Avropa ölkələrində ümumiyyətlə oğlan və ya qız doğulacağını düşünmürlər: “Amma Şərq ölkələrində ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verildiyinə görə, bu problem yaşanmaqdadır”. Millət vəkili Məlahət İbrahimqızı isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, insanlar müdaxilə edəndə balans pozulur: “Köhnə düşüncəli insanlar müxtəlif müayinələrlə uşağın cinsini öyrənməyə çalışırlar və əgər qız uşağıdırsa, hamiləlik dayandırılır. Əhali arasında, xüsusilə də bölgələrdə bunun qarşısının alınması üçün ciddi maarifləndirmə işləri aparılmalıdır”.

O, bildirib ki, əsas sağlam ailədə sağlam uşağın olmasıdır. “Qız ilə oğlan arasında fərq qoyulması üzücü haldır. Qız doğulanda adını Kifayət, Bəsti və s. qoymaq üzücü bir haldır. Bu, mədəniyyətimizə, dinimizə, əxlaqımıza ziddir” — M.İbrahimqızı deyib.

Millət vəkilin fikrincə, hamiləlikdə cinsin müəyyənləşdirilməsi ilə bağlı müayinələrə qadağa qoyulmalıdır: “Buna qarşı mübarizə aparmalıyıq. Ancaq hamilə qadının sağlamlığı ilə bağlı müayinə aparmaq olar. Amma cinsiyyətin müəyyənləşdirilməsi yolverilməzdir”.

Roma Papası abort etdirənlərin əvf olunmasına icazə verib Tibb eksperti, professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında doğulan uşaqlar arasında balansın pozulmasının insanların seçimi ilə bağlı olduğunu deyib: “Ultrasəs müayinəsi var. Ailələr oğlan uşağının doğulmasını nisbətən tənzimləməklə məşğuldurlar. O baxımdan da fərq var. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Demoqrafik vəziyyətin oğlanların xeyrinə dəyişməsi qorxulu tendensiya deyil. Doğulan oğlanlarla qızlar arasında yaranan fərq çox da ciddi deyil”.

Ekspertin fikrincə, bu fərqi aradan qaldırmaq lazımdır ki, tendensiya yavaş-yavaş dərinləşməsin: “Uşağın cinsinin müəyyənləşdirilməsi ilə bağlı müayinələrin aparılması qadağan olunsa, bunun necə reallaşacağını demək çətindir. Çünki 2 nəfərin arasında olan söhbətə nəzarət etmək asan deyil.

Düşünürəm ki, bunu inzibati qaydada deyil, şüurlu şəkildə həll etmək lazımdır”. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru gedir. Təbii statistikaya əsasən hər 100 nəfər qıza 106 oğlan düşməlidir.

Bu il Azərbaycanda doğulan uşaqların 53,2 faizi oğlan olub Azərbaycanda isə real rəqəmlərin fərqli olduğunu deyən N. Quliyevin sözlərinə görə, ölkədə 100 qıza 117 oğlan düşür. O, bildirib ki, ötən ilin statistikasında oğlanlarla qızlar arasında 4 faiz fərq müşahidə edilib: “Bu məsələdə kişilərin daha çox günahı var.

Çünki onların “Mənim oğlum olsun”, “Daha çox oğlan istəyirəm” və sairə kimi fikirləri yekunda bugünkü nəticələrə gətirib çıxarır. Amma bu vəziyyət uzun müddət davam edə bilməz. Belə tendensiyanın davam etməsinin qəti şəkildə tərəfdarı deyilik. Çünki təbiətin yaratdığını pozmaq olmaz. Dəfələrlə məsələ ilə bağlı Səhiyyə Nazirliyi mütəxəssislər səviyyəsində fikirlər, rəylər bildirib. Yəqin ki, dövlət, Milli Məclis səviyyəsində müvafiq tədbirlər görüləcək. İnanırıq ki, lazımi tədbirlərdən sonra bu fərq aradan qalxacaq”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə