Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan vətəndaşı bir qrup miqrantla Yunanıstana qaçmaq istədi
Azərbaycan vətəndaşı bir qrup miqrantla Yunanıstana qaçmaq istədi
22 Fevral 2017 / 17:10 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4

Qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan 51 nəfər Türkiyə Sahil Mühafizə Komandanlığı tərəfindən saxlanılıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Çanaqqalanın Ayvacık mahalındakı Babakale burnundan bir qrup şəxsin gəmi vasitəsilə yola düşməsi ilə bağlı məlumat daxil olub. Hərəkətə keçən əməliyyatçılar onların yerini dəqiqləşdiriblər.  Xəbərdarlıqlara baxmayaraq gəmi Midilli adasının qərbinə doğru qaçmağa davam edib.

Bundan sonra Sahil Təhlükəsizlik Komandanlığı bir gəmi və iki katerlə əməliyyata başlayıb. Əməliyyat nəticəsində gəmi Babakale burnundan 42 mil uzaqlıqda beynəlxalq sularda dayandırılıb.

Gəmidəkilərin 49-u Pakistan, 1-i Azərbaycan və 1-i Ukrayna vətəndaşı olmaqla 51 nəfər tutulub və saxlanılanlar Küçükkuyu limanına gətirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə