Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Marsda şəhər salınacaq – FOTO
Marsda şəhər salınacaq – FOTO
22 Fevral 2017 / 17:38 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsda yaşamağa yararlı olan şəhər salmağı planlaşdırır. Belə ki, bununla bağlı “Mars – 2117” layihəsi artıq təqdim edilib. Layihəyə əsasən şəhər robotlar tərəfindən inşa ediləcək.

arxiv.bizimxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, beynəlxalq təşkilatların və şirkətlərin tərəfdaşlığı ilə 100 il müddətində həyata keçiriləcək bu layihəni BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial mediada elan edib.

Onun sözlərinə görə, layihə biliklərin və elmi qabiliyyətlərin əldə olunmasına, universitetlərin araşdırma mərkəzlərinə çevrilməsinə və növbəti nəsillərdə liderlik stimulunun yaranmasına yönəlib.

O deyib: “Digər planetlərdə yaşamaq insanların arzusudur. Məqsədimiz bu cür beynəlxalq layihələrə BƏƏ-nin rəhbərlik etməsidir”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə