Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyinə aid olan binada çökmə təhlükəsi – FOTO
Təhsil Nazirliyinə aid olan binada çökmə təhlükəsi – FOTO
22 Fevral 2017 / 18:25 / Baxış sayı: 832
Font1 Font2 Font3 Font4

Göyçay şəhərinin Atatürk küçəsində yerləşən və Təhsil Nazirliyinin balansında olan ikimərtəbəli 18 ailəlik yaşayış binası uzun illərdir ki, qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yaşayış üçün yararsız olan bu binaya öz istəklərinə uygun olaraq pərakəndə halda yerləşiblər.

Son aylar yağan güclü qar səbəbindən bina daha da qəzalı vəziyyətə düşüb, otaqların divarlarında iri çatlar əmələ gəlib, bir neçə mənzil yaşayış üçün tam yarasiz hala düşüb.

Qəzalı vəziyyətdə olan yaşayış binasının dam örtüyü yağan qarın ağırlığına dözməyərək çöküb və otaqların tavan hissəsində iri çatlar və çökmələr əmələ gəlib.

Göyçay rayon icra hakimiyyətindən aldığımız məlumata görə, bina sakinlərinin çətinliyini aradan qaldırmaq üçün rayon icra hakimiyyətinin nümayəndələri sakinlərlə görüşüb. Səkkiz ailə binadan köçürülərək kirayə tutulan mənzillərə yerləşdirilib. Həmin evlərin aylıq kirayə haqları rayon icra hakimiyyəti tərəfindən ödənilir.

Qeyd edək ki, FHN  Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edərkən müraciət əsasında bu qəzalı yaşayış binasına da  baxış keçirib və binanın növbəti illərdə yenisi ilə əvəz olanması ilə bağlı göstəriş verib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə