Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki fərqlənmə diplomu ilə işsiz qalan xanım birinci vitse prezidentə müraciət etdi
İki fərqlənmə diplomu ilə işsiz qalan xanım birinci vitse prezidentə müraciət etdi
22 Fevral 2017 / 19:31 / Baxış sayı: 4994
Font1 Font2 Font3 Font4

İki diplomla iş axtaran, himayəsində azyaşlı uşaq olan Abbasova Jalə Vilayət qızından, birinci vitse prezident Mehriban Əliyevaya müraciət!

Çox hörmətli, Mehriban xanım Əliyeva!

Sizə bir ana, bir qadın kimi müraciət edirəm. Mən 2005-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişəm. Məktəbdə müəllimə işləmək üçün külli miqdarda rüşvət tələb olunduğu üçün məktəbdənkənar müəssisədə dərnək rəhbəri vəzifəsi ilə kifayətlənməli oldum.

2005-ci ildə Əli Bayramlı şəhər Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri oldum. 2006-cı ildə Əli Bayramlı Ekoloji Tədris və Təcrübəçilik Mərkəzində dərnək rəhbəri vəzifəsinə keçdim. 2011-ci ildə bəlkə işimi normallaşdırmaq arzusu ilə təhsilimi artırmaq üçün magistraturaya qəbul olundum.

Bu dəfə o aşağı vəzifəmdən də oldum. Məndən qanunsuz tələblə ərizə yazdırmaqla (guya magistr təhsili aldığım üçün işləyə bilmirəm) işdən çıxartdılar. Halbuki işlədiyim dərnək rəhbəri vəzifəsini iki illik akademik məzuniyyət götürməklə dondurmaq mümkün idi.

Magistraturanı bitirib qayıdanda isə yer yoxdur bəhanəsi ilə (əslində rüşvət gözləntisi) iş yerimə bərpa oluna bilmədim.

Dəfələrlə Təhsil Nazirliyinə müraciət etsəm də, heç bir nəticə olmayıb. Sonuncu müraciətimlə bağlı 22 fevral 2017-ci il tarixində nazirlikdən mənə bildirildi ki, sənə veriləcək işimiz yoxdur. Bu artıq sizə qədər olan son instansiyanın cavabı idi. Son rəqəmlərə nəzər salsaq görərik ki, yüzlərlə saxta diplomlu şəxslər, peşə təhsilli insanlar kolleclərdə, orta məktəblərdə müəllim kimi fəaliyyət göstərirlər. Universiteti fərqlənmə diplomu ilə bitirən bir insan, himayəsində atasız böyüyən savadlı, prespektivli azyaşlının anası olaraq işsiz qalıram.

Hörmətli Mehriban xanım!

Himayəmdə olan azyaşlı qızım çox istedadlı uşaqdır. Yaşı az olduğu üçün Təhsil Nazirliyinin imtahanını mükəmməl verərək 5 yaşında birinci sinifə gedib. Hazırda Səbael rayon 7 saylı məktəbin V sinifində təhsil alır.

Sizdən rica edirəm, mənə Vətənə sağlam psixologiyalı, mükəmməl vətəndaş yetişdirə bilmək üçün işlə təmin olunmağıma kömək edəsiniz. O körpənin məndən başqa dayağı yoxdur. Mənim isə iki diplomum əlimdə hansı qapıya gedirəmsə əliboş qayıdıram.

arxiv.bizimxeber.az



İki fərqlənmə diplomu ilə işsiz qalan xanım birinci vitse prezidentə müraciət etdi yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə