Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sergey Şoyqu: “Rusiyanın “kiberqoşunu” var”
Sergey Şoyqu: “Rusiyanın “kiberqoşunu” var”
23 Fevral 2017 / 9:35 / Baxış sayı: 1690
Font1 Font2 Font3 Font4

Rusiya silahlı qüvvələrində informasiya əməliyyatları qoşunları yaradılıb.

Bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Dövlət Dumasında etdiyi çıxışda müdafiə naziri bildirib ki, indiyədək bu iş əks-təbliğat adlanırdı.

Dövlət Duması müdafiə komitəsinin başçısı Vladimir Şamanov deyib ki, yeni qoşun birləşməsinin yaradılmasından məqsəd ilk növbədə “milli müdafiənin maraqlarının qorunması və informasiya sahəsində hücumların dəf edilməsidir”.

Rusiya hökuməti bundan əvvəl ölkədə kiberqüvvələrin olmasını inkar edirdi.

Ötən yanvar ayında Rusiya mediası Zecurion Analytics beynəlxalq şirkətinə istinadən yazırdı ki, Rusiya casusluq, kiberhücumlar və informasiya müharibələri ilə məşğul olan kiberqoşunların sayına və maliyyələşdirmə həcmlərinə görə dünya ölkələrinin ilk beşliyinə daxildir.

Həmin şirkətin məkumatına görə Rusiya kiberqüvvələrinə min nəfər daxildir, onların maliyyələşdirilməsinə isə ildə 300 milyon dollar xərclənir.

Mediada bu kimi xəbərlərin yayılmasından sonra Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov İnterfax agentliyinə demişdi ki, Rusiya silahlı qüvvələrinin tərkibində kiberqoşunlar yoxdur.

Bununla yanaşı o söyləmişdi ki, superdövlət olmağa iddialı bütün ölkələrdə bu istiqamətdə işlər aparılır.

Rusiya silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, ordu generalı Yuri Baluyevski BBC Rus xidmətinə deyib ki, çox vaxt informasiya qarşıdurmasında qələbə adi müharibədəki qələbədən daha böyük əhəmiyyət kəsb edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə