Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən təhlükəli işi – Rusiya diplomatı
Dünyanın ən təhlükəli işi – Rusiya diplomatı
23 Fevral 2017 / 9:46 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4

Son iki ayda Rusiyanın 5 diplomatı dünyasını dəyişib. Son iki ay ərzində həyatını itirən ilk rus diplomat Türkiyədəki səfir Andrey Karlov olub. O, 2016-cı il dekabrın 16-da sui-qəsdin qurbanı oldu.

A.Karlovun terror hücumuna məruz qalmasından bir həftə sonra növbəti ölüm xəbəri Qazaxıstandan gəldi. Qazaxıstanda çalışan diplomat Roman Skrilnikovun dekabrın 26-da yaşadığı mənzildə meyiti tapıldı.

Rusiyanın Yunanıstandakı səfirliyində çalışan 55 yaşlı diplomat Andrey Malanin isə yanvarın 9-da evində ölmüş vəziyyətdə tapıldı.

Bundan sonra, yanvarın 26-da uzun zamandır Rusiyanın Hindistandakı səfiri olmuş 68 yaşlı Aleksandr Kadakinin “növbəsi çatdı”.

Son vəfat edən diplomat isə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin oldu. 11 ildir bu vəzifədə çalışan 64 yaşlı V.Çurkin Nyu Yorkda dünyasını dəyişib. (“Trend”)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə